Gündəm
Salyanda məktəb tikintisinə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Jurnalist “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Qalina Mikeladzenin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini artırdı
Avropa İttifaqına (Aİ) üzv ölkələrinin daimi nümayəndələri sentyabrın 7-də keçirilən iclasda Rusiya və Ukrayna vətəndaşlarına və hüquqi şəxslərinə dair fərdi sanksiyaların müddətini altı ay artırdılar.
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev“Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Gələn ilin sonuna qədər Bakı-Gəncə sürət qatarı istifadəyə veriləcək
Gələn ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulur. “OLAYLAR”-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, bu fikrləri Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov səsləndirib. Bildirib ki, Bakı-Gəncə istiqaməti üzrə qatarların sürəti saatda 100-140 kilometr təşkil edəcək. İstifadəyə veriləcək sürətli qatarlarda qiymət təqribən 15 manat olacaq. Sərnişinlər qatarlarda Wi-Fi sistemindən istifadə edə biləcəklər. Bakıdan Gəncəyə olan məsafəni bu qatarlarla 3,5 saata çatmaq mümkün olacaq.
Rəsulzadə bələdiyyəsindən təmzilik aksiyası
Rəsulzadə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində təmizlik işlərinin aparılması davam edir. “OLAYLAR”-ın xəbərinə görə, bələdiyyə tərəfindən növbəti aksiya qəsəbənin Heydər məscidinin qarşısındakı (Zeytunluq bağı) və Həmidə Məmmədquluzadə küçəsində həyata keçirilib. Aksiya çərçivəsində ərazi müxtəlif tullantılardan təmizlənib, ərazidə səliqə-səhman yaradılıb.
Ceyhan limanından 2,4 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2016-cı ilin avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Suriyalı qaçqınlar Türkiyəni tərk edirlər
Suriyalı qaçqınlardan ibarət ilk qrup vətənlərinə qayıdıb.
Prezident sərəncamından irəli gələn vəzifələr müzakirə edilib
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzində Azərbaycan Respublika Prezidenti İlham Əliyevin imzalandığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama, habelə cari ilin ikinci yarısında görülməsi nəzərdə tutulmuş işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Masallının daha bir kəndinə təbii qaz verilib
Masallı rayonunun Xıl kəndinə təbii qazın verilişi bərpa edilib. “OLAYLAR”-ın xəbərinə görə, 859 abonenti olan Xıl kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48831 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bildirilib ki, hazırda rayonunun Məmmədoba, II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək.
Nəsimi və Həsən Məcidov küçələrinin bir hissəsi təmir edildi
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yasamal rayonu Həsən Məcidov və Nizami rayonu Nəsimi küçələrinin bir hissəsi təmir edilib.
Hərbi hissələrdə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilib
"Savadı olmayanlar da onlayn mediada meydan tapıblar"
Hazırda onlayn media sahəsindəki vəziyyət, deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır.
Əli Kərimlinin müşaviri yenidən cəzaçəkmə müəssəsinə qaytarıldı
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim yenidən cəzaçəkmə müəssəsinə qaytarılıb.
Amerikalı hakerlər azərbaycanlı sahibkarın bank hesabından pul oğurlayıblar
Azərbaycanda sahibkarın bank hesabından oğurluq edilib.














