Gündəm
Referendumla əlaqədar qeydiyyata alınan müşahidəçilərin sayı açıqlanıb
APA-nın məlumatına görə, bunu bu gün MSK sədri Məzahir Pənahov bildirib. MSK-da qeydiyyatdan keçən müşahidəçilərdən 598 nəfəri 2 QHT-nin müşahidəçisidir, 2 nəfər xüsusi icazə ilə, qalanları öz təşəbbüsləri ilə qeydiyyatdan keçib.
Konstitusiya Məhkəməsi: Konstitusiyaya dəyişikliklər çox vacibdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyevin müsahibəsi
Referendumda "exit-poll" keçirəcək yerli və beynəlxalq təşkilatlar qeydə alınıb
APA-nın məlumatına görə, iclasda Konstitusiyaya dəyişikliklə əlaqədar sentyabrın 26-a təyin edilmiş referendumda "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların müraciətlərinə baxılıb.
İsmayıllıya dolu düşüb
Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
"Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verildi
M.Ə.Rəsulzadə Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə "Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verildi.
Bu qadınları görsəniz, ALDANMAYIN - "Qardaş, səni bir dəqiqə olar?" - VİDEO
Bu iki qadın (bir orta yaşlı, digəri isə gənc qız) əsasən "20 Yanvar" və digər metro stansiyalarının yaxınlığında duraraq, oradan keçən kişilərə: "Qardaş, səni bir dəqiqə olar? Yolda qalmışıq, evə gedə bilmirik, bizə bir manat pul verə bilərsən?" deyə müraciət edirlər.
Dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçəcək
Sentyabrın 15-i yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakı polisi gücləndirilmiş iş rejiminə keçəcək.
Uşağı faciəvi ölümdən xilas edən həkim mükafatlandırılıb
Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova mükafatlandırılıb. Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, mükafatlandırma mərasimində qeyd edilib ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.
Azərbaycanı Avropa Məhkəməsində kim təmsil edəcək?
Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin adları məlum olub. “Olaylar” AŞ PA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov tərəfindən AŞ PA-nın baş katibi Voytsex Savitski ünvanladığı məktubda üç namizədin adı qeyd olunub. Onlar Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovdur.
Milli Məclisin komitələri işə başlayır
Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları öz işinə başlayır.MM-in mətbuat xidmətindən verilən məlumata görə sentyabrın 8-də ilk olaraq İctimai birliklər və dini qurumlar komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçiriləcək. Daha sonra digər komitələrin iclaslarına start veriləcək. Sentyabrın 30-da isə MM-in payız sessiyasının ilk plenar iclası olacaq.
AMEA-da gələn ildən ödənişli əsaslarla doktorantura yaradıla bilər
"Azərbaycan Milli Elmlər Akademiyasının məşğul olacağı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilməlidir. Çünki adi sahibkarlıqla elmi sahibkarlıq bir-birindən fərqlənir".
Rio-2016: Azərbaycan 3 lisenziyadan rəsmən imtina edib
Azərbaycan paralimpiya yığması Rio-2016-da 27 idmançı ilə çıxış edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ölkəmiz Braziliyadakı yarışa buraxılmayan Rusiya paralimpiyaçılarının kənarda qalması üzündən Azərbaycana verilən lisenziyalardan imtina edib.
Maşınların qənimi ələ keçdi
Sumqayıt polisi maşınlara qənim kəsilən şəxsi yaxalayıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də və 5-də şəhər sakinləri Y.Kərimova, Ə.Səfərova və E.Baxşəliyevə məxsus avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlqar İmambaxışov tutulub. Araşdırma aparılır.
Keçmiş məhkum “iş başında” yaxalandı
Paytaxt Bakıda oğurluqla məşğul olan şəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakini Siyasət İsgəndərovun həyətindən 150 metr elektrik naqili, inşaat materialları və məişət əşyasını aparmaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Kabil Seyidov tutulub. Araşdırma aparılır.
Qətl törədən keçmiş məhkum saxlanıb
Salyan şəhərində qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Salyan şəhərində, rayon sakini Elçin Babayevi qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi Seymur Quliyev tutulub. Ətrafında aparılan istintaq əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.














