Dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçəcək

Sentyabrın 15-i yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakı polisi gücləndirilmiş iş rejiminə keçəcək.

Sentyabrın 15-i yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakı polisi gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə virtualaz.org-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Hər il olduğu kimi, bu il təhlükəsizlik aylığının keçiriləcəyini deyən şöbə rəisinin sözlərinə görə, məktəblərin ətrafı polis tərəfindən təhlükəsizlik tədbirləri ilə əlaqədar nəzarətə götürüləcək.

"Aylığın keçirilməsində məqsəd küçə və yollarda məktəbyaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə tədris müəssisələrinin ətrafında müayinə işləri aparılacaq, sıradan çıxmış yol nişanları yeniləri ilə bərpa olunacaq və məktəblilərə yol hərəkəti qaydaları aşılanacaq", - K.Əliyev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31