Uşağı faciəvi ölümdən xilas edən həkim mükafatlandırılıb
Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova mükafatlandırılıb. Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, mükafatlandırma mərasimində qeyd edilib ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.
7 Sentyabr 2016 15:54 SosialSumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova mükafatlandırılıb. Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, mükafatlandırma mərasimində qeyd edilib ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb. Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb. Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir. Balaca Cavidin ailəsinin sevincinin həddi-hüdudu yoxdur, onlar xilaskar Çiçək həkimi artıq ailənin bir üzvü hesab edirlər. Sumqayıt Şəhər İcra Hakimiyyəti və Səhiyyə Şöbəsi tərəfindən bu nəcib və cəsur hərəkətinə görə həkim Ç.Cahangirovaya minnətdarlıq bildirib.