Hərbi hissələrdə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilib

Ökənin hərbi hissələrində əsgərlər arasında özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, müsabiqədə mədəniyyət və incəsənət sahəsində istedadlı olan əsgərlər iştirak edib. Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evinin "Turan" rəqs kollektivi rəqs nömrələrinin qurulmasında əsgərlərimizə yaxından kömək edib. Kollektivin qızlardan ibarət heyəti müsabiqəyə rəqqas əsgərlə birgə qatılıb. Kollektivin əsgərlərlə birgə uğurlu çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb. Sonda kollektiv hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31