Masallının daha bir kəndinə təbii qaz verilib
Masallı rayonunun Xıl kəndinə təbii qazın verilişi bərpa edilib. “OLAYLAR”-ın xəbərinə görə, 859 abonenti olan Xıl kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48831 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bildirilib ki, hazırda rayonunun Məmmədoba, II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək.
7 Sentyabr 2016 17:15 SosialMasallı rayonunun Xıl kəndinə təbii qazın verilişi bərpa edilib. "OLAYLAR"-ın xəbərinə görə, 859 abonenti olan Xıl kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48831 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bildirilib ki, hazırda rayonunun Məmmədoba, II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək.