Prezident sərəncamından irəli gələn vəzifələr müzakirə edilib

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzində Azərbaycan Respublika Prezidenti İlham Əliyevin imzalandığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı  əlavə tədbirlər haqqında” Sərəncama, habelə cari ilin ikinci yarısında görülməsi nəzərdə tutulmuş işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində Azərbaycan Respublika Prezidenti İlham Əliyevin imzalandığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı  əlavə tədbirlər haqqında" Sərəncama, habelə cari ilin ikinci yarısında görülməsi nəzərdə tutulmuş işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərkəzin direktoru Asif Usubəliyev iclası acaraq bildirib ki, respublika prezidenti cənab İlham  Əliyev  "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı  əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən ölkəmizin turizm sektorunun inkişafında daha böyük nailiyyətlər əldə etmək, bu istiqamətdə rəqabəti artırmaq və irəliləyişi təmin etmək bizim siyasi prioritetlərdən biridir. Biz də Mərkəz olaraq bütün potensialımızı bu istiqamətə yönləndirərək yeni ideya və təkliflər təqdim etməklə müasir turizm sənayesinin inkişafına öz töhfələrimizi verməliyik. A.Usubəliyev vurğuladı ki, bu sahədə birgə layihələri həyata keçirmək üçün Mərkəzdə müxtəlif işçi qrupları yaradılacaq və zəruri tədbirlər görüləcək. Bununla yanaşı, Mərkəzin ikinci yarımil üzrə iş planında nəzərdə tutulan tədbirlər də geniş müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31