Ceyhan limanından 2,4 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2016-cı ilin avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
7 Sentyabr 2016 17:21 Sosial2016-cı ilin avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "OLAYLAR"-ın xəbərinə görə, bu həcmin 1 milyon 273 min 708 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 milyon 103 min 252 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 311 milyon 297 min 24 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31