Nəsimi və Həsən Məcidov küçələrinin bir hissəsi təmir edildi

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yasamal rayonu Həsən Məcidov və Nizami rayonu Nəsimi küçələrinin bir hissəsi təmir edilib.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yasamal rayonu Həsən Məcidov və Nizami rayonu Nəsimi küçələrinin bir hissəsi təmir edilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir işləri çərçivəsində yolun 7850 m2 ərazidə köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına 1135 paqon-metr yeni səki daşı düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəz olunub. Bundan başqa zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib və yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

Anoloji işlər Yasamal rayonu Həsən Məcidov küçəsində də aparılıb. Sözügedən küçənin Həsənbəy Zərdabi və Zahid Xlilov küçələri arasında yerləşən təqribən 200 metrlik hissəsi təmir olunub. Sözügedən küçənin 5 min m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31