Gündəm
"Zəkiyev üçün 3 nəfərin ölçüsündə geyim tikməli olduq"
Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, "Bakı-2015" ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparıb.
Ombudsman və əməkdaşları referendumu izləyəcəklər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumu müstəqil müşahidəçi qismində izləyəcəklər.
Özbəkistanın Baş naziri müvəqqəti prezident oldu
Özbəkistanın Baş naziri Şavkat Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.
Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Qobustan rayonunda tədbir keçirmişdir
Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Qobustan rayonunda ilk tədbirini keçirmişdir. Tədbirdə referendum üzrə “Vətəndaş cəmiyyəti”təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri MQF-nin prezidenti Rauf Zeyni və “Qarabağ Araşdırmalar Mərkəzi” İB-nin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq tədbirdə iştirak etdikləri üçün “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu adından onlara öz minnətdarlığını bildirmiş, tədbir iştirakçılarını dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq təbrik etmiş və millətimizə, xalqımıza uğurlar arzulamışdır. Bundan sonra Rauf Zeyni 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun 4 avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
İranda Azərbaycan Mədəniyyət günləri keçiriləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə iki ölkə arasında son dörd il ərzində həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev iki ölkə arasında həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər Azərbaycanda İran turistlərinin sayının kifayət qədər artdığını bildirmişdir. Bu amilin Azərbaycan və İran turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına şərait yaratdığını qeyd edib.
Nazir BƏƏ rəsmisi ilə görüşüb
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov “Baku Crystal Hall”da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaiş ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, qonaq Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Həm qonaqlar, həm də iştirakçılar üçün hər cür şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnunluğunu diqqətə çatdırıb.
“Sənə səndən şikayətim var”, yoxsa korrupsiyaya qarşı mübarizə?
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər millət vəkillərinin ciddi etirazına səbəb oldu. Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qanunun 11-1 maddəsinə nəzərdə tutulan dəyişikliklər real həyatda səmərə verməyəcək: “Ona görə ki, Azərbaycanda dövlət orqanının rəhbərinin xəbəri olmadan korrupsiya fakt baş verə bilməz.
BƏƏ səfiri: "Ərəb turistlərindən Azərbaycanda biznes qurmaq istəyənlər də var"
"Ötən ilin oktyabr ayında Azərbaycana səfir kimi gəldiyim ilk gündən ölkə məni öz səmimiliyi ilə valeh edib".
ABŞ müdafiə naziri: “Rusiya dünya düzənini dağıtmağa çalışır”
ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanı dünya düzənini sarsıtmaqda günahlandırıb və deyib ki, Vaşinqton “Amerikada demokratik prosesə müdaxilə cəhdlərinə” laqeyd qalmayacaq. Bu barədə “The Wall Street Journal” qəzeti yazır.
PKK-çı qadın etiraf etdi: "Erməniyəm..."- VİDEO
PKK sıralarında döyüşən bir qadın erməni olduğunu etiraf edib.
Abramyan istefa verdi, “Qazprom” Ermənistana baş nazir təyin edir
Ermənistan baş naziri Ovik Abramyan gözlənildiyi kimi bu gün hökumətin iclasından sonra istefa verdiyini elan edib.
Putin daha bir milyarder-oliqarxı sıradan çıxarır
Rusiyada Vladimir Putin hakimiyyətə gələndən Rusiya kapitalizminin ilk onilliyində milyardlar qazanmış şəxslər bir-bir dənlənib: həbsə atılıblar, ölkədən qovulublar, sərvətlərindən əl çəkməyə, yaxud gəlirsiz layihələrdə iştiraka məcbur ediliblər. İndi də növbə, deyəsən, Viktor Vekselberqə çatıb. Onun bəzi baş menecerlərinə hücum göstərir ki, Kremlə sadiqliyin davamlı nümayişi də işə yaramır. Bu barədə«Bloomberg» yazır.
Səhiyyə Nazirliyi: təcili yardım ödənişsizdir və ödənişsiz qalacaq
Ötən il təcili yardıma daxil olan hər çağırışa 100 manatdan artıq maliyyə vəsaiti sərf olunub. Lakin təcili yardım pullu sistemə keçməyəcək. Əhaliyə göstərilən Təcili və Təxirəsalınmaz Tibbi Yardım dövlət tərəfindən maliyyələşdirildiyindən, vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər.
Akif Çovdarov hədələdi: Agentlərin adlarını açıqlayacağam
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov açıq şantaja keçərək, keçmiş MTN-in agentura şəbəkəsini ifşa etməklə hədələyir.
Dağınıq və parçalanmış müxalifət
Məlum olduğu kimi Milli Şura adlanan qurum sentyabrın 11-nə mitinq təşkil edib. Konstitusiyaya əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq keçiriləcək aksiyaya geniş xalq kütləsinin dəstək verəcəyi iddia oluinsa da, bu iddia elə müxalifət düşərgəsində təmsil olunan siyasilər tərəfindən təkzib edilir. Qətiyyətlə bildirilir ki, xalq Milli Şuranın 11 sentyabr mitinqinə dəstək verməyəcək.














