Nazir BƏƏ rəsmisi ilə görüşüb
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov “Baku Crystal Hall”da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaiş ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, qonaq Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Həm qonaqlar, həm də iştirakçılar üçün hər cür şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnunluğunu diqqətə çatdırıb.
8 Sentyabr 2016 15:14 SosialAzərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov "Baku Crystal Hall"da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaiş ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, qonaq Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Həm qonaqlar, həm də iştirakçılar üçün hər cür şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnunluğunu diqqətə çatdırıb.
Qeyd edək ki, sentyabrın 11-də Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasının növbəti iclası işə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmiləri iştirak edəcəklər.