Dağınıq və parçalanmış müxalifət

Məlum olduğu kimi Milli Şura adlanan qurum sentyabrın 11-nə mitinq təşkil edib. Konstitusiyaya əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq keçiriləcək aksiyaya geniş xalq kütləsinin dəstək verəcəyi iddia oluinsa da, bu iddia elə müxalifət düşərgəsində təmsil olunan siyasilər tərəfindən təkzib edilir. Qətiyyətlə bildirilir ki, xalq Milli Şuranın 11 sentyabr mitinqinə dəstək verməyəcək.

Razi Nurullayev: "Müsavat Partiyasının qərargahında olan kiçik zalı doldurmaq  problem olurdu. Dəhlizdə dayanan adamları içəri yığırdıq ki, boş yer qalmasın"

Məlum olduğu kimi Milli Şura adlanan qurum sentyabrın 11-nə mitinq təşkil edib. Konstitusiyaya əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq keçiriləcək aksiyaya geniş xalq kütləsinin dəstək verəcəyi iddia oluinsa da, bu iddia elə müxalifət düşərgəsində təmsil olunan siyasilər tərəfindən təkzib edilir. Qətiyyətlə bildirilir ki, xalq Milli Şuranın 11 sentyabr mitinqinə dəstək verməyəcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev cəmiyyətin müxalifətin aksiyalarına hansı səbəbdən dəstək verməməsi məsələsinə aydınlıq gətirib. O, yaxın tarixdə müxalifət daxilində baş verən proseslərə toxunaraq bildirib ki, 2011-ci ildə o zaman siyasi qüvvələrin yaratdığı və onun da təmsil olunduğu İctimai Palata mitinq qərarı verdi: "Yadımdadır ki, əvvəllər Müsavat Partiyasının qərargahında olan kiçik zalı doldurmaq  problem olurdu. Dəhlizdə dayanan adamları içəri yığırdıq ki, boş yer qalmasın. Amma, "Ərəb baharı"ndan sonra tədricən nəinki zal, həm də dəhlizlərdə yer olmurdu. Mart ayının əvvəllərində artıq İctimai Palatanın qərargah kimi istifadə etdiyi Müsavat partiyasının qərargahının çölündə də adamlar topa-topa görünməyə başladı. Say günü-gündən o qədər artırdı ki, bəziləri belə getsə dəyişikliyin may ayında olacağını düşünürdülər. İctimai Palatanın Kordinasiya Şurası isə əmin idi ki, maksimum oktyabr ayına kimi siyasi hakimiyyət məsələsini həll etmək olar. Bu düşüncə tərzi doğru idi. Çünki, 2005-ci ildən bəri ilk dəfə idi ki, dəvət etmədiyimiz, tanımadığımız adamlar prosesə qoşulmağa başladılar. İllərdir siyasi mövqe sərgiləməyən ziyalılar yavaş-yavaş danışmağa başlayırdılar. Bütün qurumlar fəallaşmışdı, iclaslar dalbadal keçirilirdi. Rayonlarda siyasi qüvvələrin təmsilçiləri birləşərək Bakıya - siyasi partiyalarına mesaj göndərirdilər ki, sizdən öncə biz birləşirik. Bölünməyən bir şeyimiz yoxdur. Ancaq balaca başımızı qaldıran kimi bədənimizdən böyük iddialara düşdük. Bəlkə də bu iddia deyildi. Siyasi oyunun - bəlkə də razılaşdırılmış çirkli siyasi oyunun bir parçası idi. Müsavat mart ayının 11-nə mitinq qərarı verdi. Gözlənilmədən və ehtiyac olmadan. İctimai Palatada öyrədilmiş adamlar mitinq lehinə çıxış etməyə başladılar. Aləm dəydi bir-birinə. Müsavat özü mitinq keçirdi. Gücsüz və zəif. Müxalifətin yeni birliyinə, yeni rüşeym atmış siyasi fəallığa, Bakıya çatmasına ümid etdiyimiz "Ərəb Baharı"na qurşaqdan aşağı zərbə endirildi. İctimai Palata dəhlizlərdə və çöldə dayanan adamların izdihamını görüb müdrik düşüncə tərzini və yaxud bəlkə də aldıqları tapşırığı yerinə yetirərək aprel ayının 2-nə mitinq təyin etdi. Amma, proses ölmədi, hələ yaşamağa ümidi var idi. Prosesi öldürmək lazım idi. Tapşırıq belə idi, yoxsa şan-şöhrət, ağalarının gözündə qəhrəman görünmək cəhdi, yoxsa elə siyasi səbatsızlıq üzündən bu dəfə "Yurd" sədri Əli Kərimlinin

israrı və əsaslandırması ilə növbəti mitinq 17 aprelə təyin edildi. 17 aprel mitinqi tam iflasa uğradı, 2 aprelə qatılanlar meydana çıxmadı və proses dəfn edildi. Onu yuxarıda adlarını çəkdiyim siyasi səbatsızlar və bu gün də duru yerdə suyu bulandıran siyasi oyunbazlar etdilər". Razi Nurullayev deyib ki, hazırda ölkədə siyasi fəallıq çox zəifdir: "Yuxarıda dediklərimə əsaslanaraq indiki durumda mitinqlərin keçirilməsinin əleyhinəyik. Digər arqumentlər isə bunlardır.

***

Birincisi, müxalifətin və narazı siyasi və ictimai qüvvələrin inteqrasyası yoxdur. Müxalifət dağınıq və parçalanmış vəziyyətdədir. Xalq müxalif qüvvələrdən inteqrasiya gözlədiyi halda, Milli Şura ayrı, Müsavat ayrı mitinq elan edir. Bu hərəkətiniz xalqa təhqirdir, onu aşağılamaqdır. Bunlar öz aralarında kiminsə qabağında sanki öhdəlik yerinə yetirmiş kimi görünürlər. Bu xalqa xidmət yox, siyasi mübarizəni körükləmək yox, onu məhv etməkdir. İnsanları ruhdan salmaq, parçalanmış obrazını gücləndirmək və prosesi rüşeymində boğmaqdır. Ikincisi, əsasən, mitinqlərə zorla, gecə-gündüz "sən öl, mən ölüm" ilə adamlar çıxarılır. Xalq mitinqlərə hələ ki, qoşulmur. Çünki, qorxur. İndi də mitinqə ancaq bir neçə yüz nəfər çıxacaq və bununla da mitinqə çıxmaq barədə düşünən və gözləmə mövqeyi tutanların da ruhu sınacaq. Xalqın gözü qorxacaq, ümidi puç olacaq. Xalq o zaman dəstək verəcək ki, müxalifət olaraq meydanlara ən azı 15-20 min adam çıxaraq. Ruh yüksəkliyi bu zaman yarana bilər. Bu yoxdursa, sizin hərəkətiniz prosesi boğmaqdır və biz bu zaman haqlı olaraq düşünməliyik ki, siz yuxarıdan aldığınız tapşırğı yerinə yetirirsiniz. Yaxud da, kiminsə önündə olan öhdəliyinizi edirsiniz. Başqa arqumentləriniz varsa deyin. Üçüncüsü, mitinqlər niyə təşkil olunur? Referendumu dayandırmaq və etiraz etmək üçün. Hamımıza bəllidir ki, referendumu dayandırmağa siyasi və maliyyə gücümüz yoxdur və prosesi dayandırmaq, ya da ləngitmək də iqtidarında deyilik. İstəyimiz etiraz etməkdirsə, bunu onsuz da etmişik və edirik. Daha insanlara gücsüzlüyümüzü nümayiş etdirməyin anlamı nədir? Niyə hər kəs görsün və ruhdan düşsün ki, xalq mitinqə dəstək vermir? Niyə çoxları düşünsün ki, əgər xalq müxalifətin mitinqinə qatılmırsa, demək ki, iqtidarın yanındadır. Dördüncüsü, regionda baş verən hadisələr və geopolitik gedişlər Azərbaycan müxalifətinin hələ ki, xeyrinə deyil. Gördüyümüz kimi, dünyanın başı Suriyaya, Türkiyəyə, Ukraynaya və Rusiyaya qarışıb. İŞİD təhlükəsi bütün dünyanı demokratik dəyərlər uğrunda mübarizə məsələsində tərəddüdə salıb. Artıq ABŞ prezidentliyinə real namizəd Hillari Klinton deyir ki, 2002-ci ildə ABŞ-ın İraqa girməsinə Senatda səs verməklə səhv edib".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31