İranda Azərbaycan Mədəniyyət günləri keçiriləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə iki ölkə arasında son dörd il ərzində həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev iki ölkə arasında həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər Azərbaycanda İran turistlərinin sayının kifayət qədər artdığını bildirmişdir. Bu amilin Azərbaycan və İran turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına şərait yaratdığını qeyd edib.
8 Sentyabr 2016 15:16 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə iki ölkə arasında son dörd il ərzində həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev iki ölkə arasında həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər Azərbaycanda İran turistlərinin sayının kifayət qədər artdığını bildirmişdir. Bu amilin Azərbaycan və İran turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına şərait yaratdığını qeyd edib.
Görüş zamanı cari ildə İranda təşkil olunacaq Azərbaycan Mədəniyyət günləri haqqında da müzakirələr aparılıb. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycan nümayəndə heyəti tədbirin keçiriləcəyi şəhərlərdə infrastrukturla tanışlıq məqsədilə İrana səfər edəcək.