Abramyan istefa verdi, “Qazprom” Ermənistana baş nazir təyin edir

Ermənistan baş naziri Ovik Abramyan gözlənildiyi kimi bu gün hökumətin iclasından sonra istefa verdiyini elan edib.

Ermənistan baş naziri Ovik Abramyan gözlənildiyi kimi bu gün hökumətin iclasından sonra istefa verdiyini elan edib.

Abramyan deyib ki, Ermənistan cəmiyyətində qütbləşmə var və bu, daxili və xarici səbəblərdən irəli gəlir. Dövlət isə keçid iqtisadiyyatının doğurduğu problemlərlə üz-üzədir. Ona görə də bu vəzifələrin öhdəsindən yeni hökumət gəlməlidir.

Xatırladaq ki, Abramyanın yerinə namizəd kimi Rusiyanın "Qazprom" şirkətinin Ermənistandakı törəmə şirkəti "ArmRosqazprom"un direktoru, İrəvanın keçmiş meri Karen Karapetyan müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31