Gündəm

Aydın Mirzəzadə: "Bəzi dairələrə nə sərf edirsə, o da qanun sayılır"

8 Sentyabr 2016 16:18

Azərbaycanlı millət vəkili beynəlxalq idman qurumlarının da ikili standartlar nümayiş etdirməsinə etirazını bildirib. 

Qaxda oğurluqla məşğul olan şəxslər ələ keçib

8 Sentyabr 2016 16:16

Qaxda oğurluqla məşğul olan şəxslər ifşa edilib. DİN-dən verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon sakini Soso Kikişvilinin həyətindən 150 kiloqram fındıq və spirtli içki oğurlamaqda şübhəli bilinən həmyerliləri Arçil Emraşvili və Tengiz Poladaşvili tutulublar. Araşdırma aparılır. 

Bakıda 3 nəfəri bıçaqlayan ələ keçib

8 Sentyabr 2016 16:04

Bakıda fəaliyyət göstərən kafelərin birində kütləvi dava zamanı 3 nəfəri bıçaqlayaraq aradan çıxan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakinləri Musa Hüseynova, Oqtay Yusifzadəyə və Səbuhi Hüseynova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Cəfər Həsənov tutulub.

Bakıda cibgir saxlanıb

8 Sentyabr 2016 16:03

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, onun paytaxt sakini Samir Məcidov olduğu müəyyən edilib. Araşdırma zamanı onun cari il iyulun 25-dən avqustun 21-dək olan müddətdə Bakı şəhər sakinləri A.Şükürova məxsus avtomobildən, E.Əliyevə məxsus evdən və H.Əsgərbəylinin cibindən pul və məişət əşyaları oğurladığı aşkar olunub. 

Mal oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib

8 Sentyabr 2016 16:02

Sentyabrın 7-də Ağdam rayonunun Eyvazlı kənd sakini Nizami Hüseynovun həyətindən 1 baş inək oğurlanıb. DİN-dən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - rayon sakini Tahir Məmmədov və Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Qədir Vəliyev tutulublar. 

Ali Məhkəmə AXCP-nin şikayətə baxacaq

8 Sentyabr 2016 16:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılacaq tarix məlum olub. Məlumata görə, məhkəmə prosesi hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə oktyabrın 17-də keçiriləcək.

Erməni mətbuatı Aygündən nələr yazdı?

8 Sentyabr 2016 15:58

Xalq artisti Aygün Kazımovanın Hamburqda keçirilən "Daf Bama Music Awards - 2016" beynəlxalq mükafatlandırma mərasimindəki çıxışı hələ də müzakirə olunmaqdadır.

Azər Həsrət: “Müxalifət hər zamankı kimi xar olacaq”

8 Sentyabr 2016 15:52

“Müxalifət, əlbəttə mitinq də keçirə bilər, öz təbliğatını qura da bilər. Amma bu, heç nəyi dəyişən deyil”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

Mübariz Qurbanlı: “Azərbaycanda nurçulara, FETÖ-çülərə məxsus məscid olmayıb”

8 Sentyabr 2016 15:50

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıAPA-ya müsahibə verib. Komitə sədri müsahibəyə ölkədə dini durumu qiymətləndirməklə başlayıb

Regionlarda gənclərə vətənpərvərlik hissləri daha çox aşılanır

8 Sentyabr 2016 15:44

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması günümüzdə prioritet vəzifələrdən olduğundan istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində bu istiqamətə ciddi diqqət artırılır. Təkcə paytaxtda deyil, eləcə də yerlərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində müxtəlif tədbirlər, layihələr həyata keçirilir.

Ombudsman Aparatında seçki hüquqları ilə bağlı treninq keçirilib

8 Sentyabr 2016 15:42

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi referendum ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatının əməkdaşları və müvəkkilin regional mərkəzlərinin nümayəndələri üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub.

İŞİD "Ancelina Coli"ni öldürdü

8 Sentyabr 2016 15:39

Suriyada "Ancelina Coli" ləqəbi ilə məşhurlaşan kürd qızı Asiya Ramazan öldürülüb.

Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

8 Sentyabr 2016 15:37

Özbəkistan Ali Məclisi Senatının və Qanunvericilik Palatasının birgə iclasında Mərkəzi Seçki Komissiyasına (MSK) 3 ay ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi tapşırılıb.

Gözəllik salonunda saçyoldu: Qadınlar bir-birini qırdılar - VİDEO

8 Sentyabr 2016 15:32

Bu gün Türkiyədəki gözəllik salonlarının birində qadınlar arasında dava düşüb.

İlham Əliyev: "Dövlətimiz güclənir, insanlar daha da yaxşı yaşayırlar"

8 Sentyabr 2016 15:26

AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.