Gündəm

“Bakı Metropoliteni” QSC-də bir gediş üçün daşınma xərcinin şişirdildiyi aşkarlanıb

8 Sentyabr 2016 17:21

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) tərəfindən maliyyə-təsərrüfat əməliyyatları üzrə mühasibat uçotunun aparılmasının, dövlət gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət vəsaitlərindən və əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib

8 Sentyabr 2016 17:19

 Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.

Məktəbəqədər təhsil haqqında qanun layihəsinin ilkin variantı hazırdır

8 Sentyabr 2016 17:16

“Məktəbəqədər təhsil haqqında qanun layihəsinin ilkin variantı müzakirəyə çıxarılmaq üçün hazırdır".

Zakir Həsənov britaniyalı nazirlə görüşdü

8 Sentyabr 2016 17:14

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 8-də Lordlar Palatasında Müdafiə üzrə Dövlət naziri, Lordlar Palatasının sədr müavini cənab Örl Hou ilə görüşüb.

Qurban bayramında bahalaşma olmayacaq

8 Sentyabr 2016 17:11

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qurban bayramında gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O deyib ki, qurbanlıq heyvanlar ənənəvi olaraq 10 satış məntəqəsində təklif olunacaq:“Əgər yerli icra orqanları heyvan satılması üçün yerlə bağlı bizə müraciət edəcəksə, həmin ərazilərə də bizim həkimlər təhkim olunacaq. Amma hələlik bununla bağlı bizə müraciət daxil olmayıb”.

İranın Azərbaycandakı səfiri media təmsilçiləri ilə görüşüb

8 Sentyabr 2016 17:09

Sentyabrın 8-də Azərbaycan Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohsin Pakayinin görüşü keçirilib.

Kosmosdan şok- Video

8 Sentyabr 2016 17:05

Azərbaycan prezidenti Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib

8 Sentyabr 2016 16:48

Azərbaycan prezidentiİlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.

Türkiyə qərar verdi: İncirlik konflikti çözüldü

8 Sentyabr 2016 16:37

Türkiyə Almaniya millət vəkillərinin İncirlik bazasına ziyarətinə icazə verib.

Ölkədə dərman qıtlığı olmayacaq

8 Sentyabr 2016 16:35

Dollarla bağlı vəziyyət ölkədə dərman qıtlığına yol açmayacaq.

Avropalılar ABŞ-ın 11 sentyabrdan sonra dünyanı daha təhlükəsiz edə bilmədiyini düşünürlər

8 Sentyabr 2016 16:30

Milli.Az bildirir ki, Sputnik.Rəy sorğusunun nəticələrinə görə, Almaniya əhalisinin 74, Fransanın 65 və İtaliya əhalisinin 63 faizinin fikrincə, ABŞ-ın 11 sentyabr tarixindən sonra terrorizmlə mübarizə addımları dünyada təhlükəsizliyi artırmayıb.

Bu bankın filialları bağlandı

8 Sentyabr 2016 16:28

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 6 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Nikoyl" İKB ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazələri ləğv edilib.

“Nə qədər ki, Eldar Mahmudov azadlıqdadır, Akif Çovdarov hökuməti şantaj edəcək”

8 Sentyabr 2016 16:26

Bunu Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu virtualaz.org saytına açıqlamasında deyib. Onun sözlərinə görə, Akif Çovdarovun vəziyyəti suya düşmüş şəxsin saman çöpündən yapışmasına bənzəyir, amma bu ona kömək edən deyil.

Deputat: “Azərbaycanda Ailə Məhkəməsi institutu yaradılmalıdır”

8 Sentyabr 2016 16:21

“Azərbaycanda Ailə Məhkəməsi institutu yaradılmalıdır”.Bunu deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, artıq otuz ilə yaxındır ki, Ailə Məhkəməsi institutu dünyanın müxtəlif ölkələrində tətbiq olunub və uğurlu fəaliyyət göstərir. “Hesab edirəm ki, belə bir vacib institutun Azərbaycanda da tətbiqinin zamanı yetişib.

Azay Quliyev “İctimai nəzarət haqqında” qanunun qəbulunu təklif edib

8 Sentyabr 2016 16:19

Millət vəkili Azay Quliyev Milli Məclisdə (MM) “İctimai nəzarət haqqında” qanunun qəbul edilməsini təklif edib. Millət vəkili deyib ki, “İctimai nəzarət haqqında” qanun layihəsinin artıq hazır olduğunu və MM-in payız sessiyasının gündəliyinə salınmasını da təkilf edib. Belə bir qanun layihəsinin qəbulunun zəruriliyini qeyd edən millət vəkili bildirib ki, bu yaxınlarda Nazirlər Kabineti ictimai nəzarətlə bağlı müəyyən bir siyahı hazırlayıb. “Artıq bu məsələnin aktuallığını nəzərə alaraq, bu sahədə münasibətləri hüquqi cəhətdən tənzimləyən, fəaliyyət istiqamətləri və mexanizmlərini müəyyən edən qanunun qəbuluna ciddi zərurət var. Ümid edirəm ki, Milli Məclis məsələnin aktuallığını nəzərə alaraq payız sessiyası ərzində “İctimai nəzarət haqqında” qanun layihəsini gündəliyə salaraq, müzakirə edəcək”.