Türkiyə qərar verdi: İncirlik konflikti çözüldü

Türkiyə Almaniya millət vəkillərinin İncirlik bazasına ziyarətinə icazə verib.

Türkiyə Almaniya millət vəkillərinin İncirlik bazasına ziyarətinə icazə verib.

Axar.az xəbər verir ki, alman deputatların yaxın günlərdə bazaya baş çəkəcəyi gözlənilir.

"Röyter" agentliyi səfərin 4 oktyabrda baş tutacağını yazıb.

Xatırladaq ki, Almaniya parlamenti bu il 2 iyunda 1915-ci il hadisələrini "soyqırım" adlandıran qanun layihəsini qəbul edəndən sonra rəsmi Ankara alman deputatların İncirliyə səfərini qadağan etmişdi. Bir neçə gün öncə isə Almaniya hökuməti sözügedən aviabazaya 58 milyon avro sərmayə yatırmaq barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31