İranın Azərbaycandakı səfiri media təmsilçiləri ilə görüşüb

Sentyabrın 8-də Azərbaycan Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohsin Pakayinin görüşü keçirilib.

Sentyabrın 8-də Azərbaycan Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohsin Pakayinin görüşü keçirilib. Toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov öncə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O deyib ki, Şura Azərbaycanın aparıcı media qurumlarını öz sıralarında birləşdirir. Qurumun əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu tənzimləmədə jurnalistika peşəsinə sədaqət təbliğ olunur, eyni zamanda medianın Azərbaycanın milli maraqlarının qorunması istiqamətindəki mütəşəkkil mövqeyinə diqqət yetirilir. Sədr əlavə edib ki, İran və Azərbaycan mediası arasındakı əməkdaşlıq səfir cənab Pakayinin dövründə özünün ən yüksək pilləsinə çatıb. Buna görə də MŞ cənab səfiri Şuranın fəxri diplomu ilə təltif etmək qərarına gəlib. Sonra Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu M.Pakayinə təqdim edib. İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri M.Pakayin bildirib ki, İran və Azərbaycan arasındakı münasibətlər yüksək səviyydədir. Bu gün Azərbaycan və İran regionda sülhün bərqərar olması naminə ortaq mövqedən çıxış edir. "İran, Azərbaycan və Rusiya rəhbərlərinin üçtərəfli görüşü isə dünyaya mesajdır" deyən M.Pakayin vurğulayıb ki, əldə edilmiş bütün nailiyyətlərdə medianın xidməti son dərəcə əhəmiyyətlidir. O, eyni zamanda İranın Azərbaycana yeni təyin olunmuş səfiri ilə də götürülmüş kursun davam etdiriləcəyinə inamını ifadə edib. Tədbirdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli Azərbaycan və İran xalqlarını birləşdirən tarixi və mənəvi məqamlardan söz açaraq media sahəsindəki əməkdaşlığın əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirməyə, ortaq problemlərə vahib prizmadan yanaşmağa mühüm töhfə olduğunu vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31