Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Özbəkistan Ali Məclisi Senatının və Qanunvericilik Palatasının birgə iclasında Mərkəzi Seçki Komissiyasına (MSK) 3 ay ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi tapşırılıb.

Özbəkistan Ali Məclisi Senatının və Qanunvericilik Palatasının birgə iclasında Mərkəzi Seçki Komissiyasına (MSK) 3 ay ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi tapşırılıb.

Bu barədə Trend-ə Özbəkistan parlamentinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, Özbəkistan Prezidenti İslam Kərimov insult keçirdikdən sonra sentyabrın 2-də vəfat etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31