Aydın Mirzəzadə: "Bəzi dairələrə nə sərf edirsə, o da qanun sayılır"
Azərbaycanlı millət vəkili beynəlxalq idman qurumlarının da ikili standartlar nümayiş etdirməsinə etirazını bildirib.
8 Sentyabr 2016 16:18 İdmanAzərbaycanlı millət vəkili beynəlxalq idman qurumlarının da ikili standartlar nümayiş etdirməsinə etirazını bildirib.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə xatırladıb ki,
dünən, 7 sentyabrda Rio-de-Janeyroda XV Paralimpiadasının açılışı oldu: "Mərasimdə nümayəndə heyətlərinin keçidi zamanı Belarus nümayəndə heyətinin üzvü paralimpiadaya buraxılmayan Rusiyanın dövlət bayrağını qaldırdı.
Beynəlxalq Paralimpiada Komitəsi məsələyə dərhal reaksiya verdi. Olimpiya hərəkatının siyasi baxışlardan uzaq olduğu bildirilərək, bayraq qaldıran şəxsin cəzalandırılacağı bildirilir. Hətta Belarusun paralimpiya komandasının diskvalifikasiya ediləcəyi də söylənilir.
Cəmi üç həftə əvvəl XXXI Yay Olimpiya Oyunlarında qızıl medal alan Ermənistan idmançısı mükafatlandırmadan sonra döşəkçəyə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bu ilin aprel ayında döyüşlərdə öldürülmüş Ermənistan əsgərinin şəkli olan köynəklə çıxdı. Nədənsə Beynəlxalq Olimpiya Komitəsi bu siyasi aksiyaya göz yumdu, həmin idmançı diskvalifikasiya edilmədi.
İkili standart açıq-aşkar nümayiş etdirilir. Bəzi dairələrə nə sərf edirsə o da qanun sayılır".