Ali Məhkəmə AXCP-nin şikayətə baxacaq
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılacaq tarix məlum olub. Məlumata görə, məhkəmə prosesi hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə oktyabrın 17-də keçiriləcək.
8 Sentyabr 2016 16:00 SiyasətAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılacaq tarix məlum olub. Məlumata görə, məhkəmə prosesi hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə oktyabrın 17-də keçiriləcək.
Xatırladaq ki, AXCP-nin qurultayın 2015-ci ilin sentyabrın 27-də keçirilib və Əli Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. Bakı Apellyasiya Məhkəməsi AXCP-nin qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı iddianı təmin etməyib və bu qərardan Ali Məhkəməyə şikayət edilib.