Gündəm

Kimsəsiz uşaqlar sevindirilib

14 Sentyabr 2016 12:05

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Qurban Bayramı münasibətilə “Onların Kimsəsi Bizik” layihəsi çərçivəsində Gəncə Uşaq Evinin uşaqlarının valideyn himayəsindən məhrum və dövlət himayəsində yaşayan uşaqların Göygöl Milli Parkına ekskursiya -düşərgəsini təşkil edib. Mərkəzdən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, tədbirdə təşkilat nümayənədləri ilə yanaşı QHT və xeyriyyə qrupu üzvləri də iştirak edib. Ofisin rəhbəri Aygün Həsənzadə həyata keçirilən kampaniyanın əsas məqsədinin uşaq evində yaşayan uşaqlara yardım göstərmək, onların cəmiyyətimizdə mövcud olan sosial problemlərinin həllində iştirak etmək və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb.

Dini Komitə Zərdabda “Sülh aylığı” çərçivəsində tədbir keçirib

14 Sentyabr 2016 12:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Zərdab Rayon İcra Hakimiyyəti və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində “Sülh,dözümlülük, tolerantlıq və xeyirxahlıq naminə insanların əməkdaşlığı” adlı tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, Zərdab şəhər “Gənclər evi”ndə təşkil edilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları Sədi Hüseynov və Rauf Nəsirov, Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

“Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

14 Sentyabr 2016 12:03

Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Mingəçevirdə “Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.

Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb 

14 Sentyabr 2016 12:01

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə İƏT ilə ölkəmiz arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılmış və gələcək perspektivlər müzakirə edilib.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

14 Sentyabr 2016 11:59

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Millət vəkili Elxan Süleymanov 14 tələbəyə pul mükafatları təqdim etdi

14 Sentyabr 2016 11:58

Şamaxının millət vəkili Elxan Süleymanov sentyabrın 10-da rayon mərkəzindəki qərargahında yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüşüb.

"Mario onunla yola gedə bilməzdi"

14 Sentyabr 2016 11:57

"Liverpool"un sabiq futbolçusu El-Haci Diuf Balotellinin "qırmızılar"da uğurlu karyera keçirməməsini Cerrardla bağlayıb. Goal.az xəbər verir ki, "L`Equipe"ə danışan Seneqal millisinin sabiq hücumçusu bunları deyib:

Azərbaycanda bu xəstəliyə daha çox kişilər tutulurlar

14 Sentyabr 2016 11:56

Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəmin aktiv forması ilə xəstələnənlərin sayı 3989 nəfər olub.

Üzeyir Cəfərov: “Ermənilərin "qızdırması qalxır"

14 Sentyabr 2016 11:20

“Ermənistanda vəziyyət həqiqətən də günü-gündən pisləşməyə doğru gedir və bu yaxınlarda orada çox ciddi hadisələrin baş verməsi gözləniləndir. Artıq, cinayətkar Serj Sarkisyan da öz hakimiyyətinin ömrünün uzatmaq üçün istənilən addımı atır və sentyabrın 13-də Ermənistan parlamentində hökuməti və müxalifəti təmsil edən bir sıra siyasi qüvvələrin ölkədə seçkilərin təşkili və keçirilməsi üzrə saziş imzalaması da dediklərimizə əyani sübutdur. O həm bərk narahatdır, həm də qorxu içindədir”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Vasif Əfəndi: “Müxalifətin mitinq gözləntiləri özünü doğrultmadı”

14 Sentyabr 2016 11:19

“Referendumu yaxınlaşdıqca Azərbaycan ictimaiyyəti bu tədbirə daha diqqətli yanaşmağa başlayıb. Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərə etiraz edən müxalifət bu günlərdə öz etiraz mitinqlərini keçirdilər”. Bunu SİA-ya Vəhdət Partiyası sədrinin ümumi əlaqələr üzrə müavini Vasif Əfəndi deyib.

İstənilən səthi klaviaturaya çevirmək mümkün olacaq

9 Sentyabr 2016 20:16

Kompüterlərin ölçülərinin kiçildilməsi klaviaturanın dəyişilməsini zəruri edir, çünki ənənəvi dizayn artıq kompüterlərə uyğun gəlmir. Gələcəyin daxiletmə qurğuları üzrə innovativ variantlardan biri “Tap Strap” adlı barmaqlara keçirilən slotlara malik elastik plastik kəmərdir.