Dini Komitə Zərdabda “Sülh aylığı” çərçivəsində tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Zərdab Rayon İcra Hakimiyyəti və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində “Sülh,dözümlülük, tolerantlıq və xeyirxahlıq naminə insanların əməkdaşlığı” adlı tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, Zərdab şəhər “Gənclər evi”ndə təşkil edilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları Sədi Hüseynov və Rauf Nəsirov, Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Zərdab Rayon İcra Hakimiyyəti və Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə "Sülh aylığı" çərçivəsində "Sülh,dözümlülük, tolerantlıq və xeyirxahlıq naminə insanların əməkdaşlığı" adlı tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, Zərdab şəhər "Gənclər evi"ndə təşkil edilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları Sədi Hüseynov və Rauf Nəsirov, Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bildirib ki, sülh şəraitində yaşamalı olan insanlar, təəssüflər olsun ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bu kimi halların qarşısının alınmasında sülhün rolu danılmazdır. Ən kiçik ailəvi, məhəlli, regional münaqişələrdən başlamış yüzillik müharibələrədək hər cür qarşıdurmanın yalnız sülhlə sona çatdığını vurğulayan şöbə müdiri buna görə də sülhün bütün vasitələrdən güclü oluğunu diqqətə çatdırıb. Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev İslamın vəhdət və sülh dini olmasından bəhs edərək, bədxah qonşularımızın qərəzli və işğalçılıq siyasətini pisləyib, sülhün carçılarının isə gələcəyimiz olan gənclər olduğunu söyləyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31