Kimsəsiz uşaqlar sevindirilib

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Qurban Bayramı münasibətilə “Onların Kimsəsi Bizik” layihəsi çərçivəsində Gəncə Uşaq Evinin uşaqlarının valideyn himayəsindən məhrum və dövlət himayəsində yaşayan uşaqların Göygöl Milli Parkına ekskursiya -düşərgəsini təşkil edib. Mərkəzdən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, tədbirdə təşkilat nümayənədləri ilə yanaşı QHT və xeyriyyə qrupu üzvləri də iştirak edib. Ofisin rəhbəri Aygün Həsənzadə həyata keçirilən kampaniyanın əsas məqsədinin uşaq evində yaşayan uşaqlara yardım göstərmək, onların cəmiyyətimizdə mövcud olan sosial problemlərinin həllində iştirak etmək və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb.

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Qurban Bayramı münasibətilə "Onların Kimsəsi Bizik" layihəsi çərçivəsində Gəncə Uşaq Evinin uşaqlarının valideyn himayəsindən məhrum və dövlət himayəsində yaşayan uşaqların Göygöl Milli Parkına ekskursiya -düşərgəsini təşkil edib. Mərkəzdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, tədbirdə təşkilat nümayənədləri ilə yanaşı QHT və xeyriyyə qrupu üzvləri də iştirak edib. Ofisin rəhbəri Aygün Həsənzadə həyata keçirilən kampaniyanın əsas məqsədinin uşaq evində yaşayan uşaqlara yardım göstərmək, onların cəmiyyətimizdə mövcud olan sosial problemlərinin həllində iştirak etmək və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb.

Qeyd edək ki, uşaq evində böyüyüb boya-başa çatan gənclərin peşəkar bacarıq əldə etməsi, onların məşğulluğunun təmin olunması, gələcək həyatlarını sağlam əsaslar üzərində qurmalarına nail olmaq "Onların kimsəsi bizik" adlı layihə çərçivəsində fərdi inkişaf, biznes, nitq inkişafı, psixoloji və digər mövzularda təlimlər, görüşlər və düşərgələr müntəzəm olaraq təşkil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31