Gündəm
İşıqforlarda "yaşıl dalğa" tətbiq ediləcək
2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimalını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sentyabrın 15-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Beynəlxalq şahmat festivalının uşaq turniri keçirilib
BAKU CRYSTAL HALL-da “BAKU OPEN — 2016” beynəlxalq şahmat festivalının uşaq turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən “OLAYLAR”-a bildirilib ki, 2004-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Mingəçevir, Füzuli, Ucar, Ağdam, Lənkəran, Zaqatala, Zərdab, Xızı və Salyan 111 nəfər idmançı (onlardan 33 nəfəri qızlardır) iştirak edib. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriib.
Avtobus sürücüləri arasında əlbəyaxa dava
Paytaxtda sərnişindaşıma ilə məşğul olan “BakuBus” və 88 saylı avtobusların sürücüləri arasında dava baş verib. “OLAYLAR”-ın xəbərinə görə, baş vermiş hadisə ilə bağlı məlumat ALO 141 Çağrı mərkəzinə da çatdırılıb.
Antalya Prokurorluğundan soydaşımız barədə gözlənilən qərar
Antalya Azərbaycan Kültür Dayanışma Dərnəyinin sədri Çingiz Qədimlinin digıər soydaşımız Aynur Məmmədova barədə ağır ittihamlar irəli sürərək şəhər prokurorluğuna müraciətinə Antalya Prokurorluğunda baxılıb.
Oğlanın dodaqlarına vurdurduğu maddə partladı və...
Amerikada yaşayan 20 yaşlı Henrinin dodaqları partlayıb.
Türkiyə HHQ terrorçuların mövqelərinə zərbə endirdi
Kürd İşçi Partiyası terror təşkilatı ilə mübarizə çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ölkənin cənub-şərqində, Hakkari vilayətində yaraqlıların mövqelərinə zərbə endirib.
Yeniyetmə oğlan cinsini dəyişib məktəbə Kardaşyan kimi qayıtdı
Britaniyada 15 yaşlı yeniyetmə oğlan əməliyyatla özünü realiti-şou ulduzu Kim Kardaşyana çevirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlər var
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul edib.
Roma Papası Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin tərəfdarıdır
Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin tərəfdarıdır.
Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və hörmət edir
Azərbaycan və Vatikan arasında münasibətlər çox müsbətdir.
Roma Papası azərbaycanlı heykəltəraşa təşəkkür etdi
Müqəddəs Roma Papası Fransisk azərbaycanlı heykəltəraş Zaynalabdin İsgəndərova təşəkkür məktubu göndərib.
"Metsamor" dayandırıldı
Ermənistandakı "Metsamor" AES-də planlı-xəbərdarlıq təmiri aparılacaq.
ABŞ-dan Türkiyənin Suriya əməliyyatlarına münasibət
ABŞ Mərkəz Komandanlığının (Centcom) Hərbi Hava Qüvvələri komandiri Ceffri Harriqan Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara münasibət bildirib.
Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
Baş prokuror Zakir Qaralovun sentyabrın 23-də Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laşın rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilmişdir. Qəbulun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcəkdir.
Dövlət əmlakının hərraca çıxarılmasına start verildi
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 14-də Bakıda dövlət əmlakının satışı ilə bağlı açıq hərrac keçiriləcək. Bu barədə komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, hərrac sabah saat 10:00-da Bakı şəhəri, Heydər Əliyev prospekti,105 ünvanında yerləşən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq.













