Antalya Prokurorluğundan soydaşımız barədə gözlənilən qərar

Antalya Azərbaycan Kültür Dayanışma Dərnəyinin sədri Çingiz Qədimlinin digıər soydaşımız Aynur Məmmədova barədə ağır ittihamlar irəli sürərək şəhər prokurorluğuna müraciətinə Antalya Prokurorluğunda baxılıb.

Antalya Azərbaycan Kültür Dayanışma Dərnəyinin sədri Çingiz Qədimlinin digıər soydaşımız Aynur Məmmədova barədə ağır ittihamlar irəli sürərək şəhər prokurorluğuna müraciətinə Antalya Prokurorluğunda baxılıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Aynur Məmmədova deyib ki, prokurorluq qarşı tərəfin iddiasını əsassız sayaraq Aynur Məmmədovanı təqib etməmək və nəzarət altına almamaq qərarı çıxarıb. O, cavab addımı olaraq Çingiz Qədimli ilə bağlı hər hansı bir hüquqi addım atmayacağını deyib: "Biz burada Azərbaycan və azərbaycanlılar adına xidmət göstərməyə çalışırıq. Soydaşlarımızın problemlərini həll etmək üçün cəhdlər göstərirəm. Biz özümüzə yaraşan işi etməliyik. Bir-birimizlə mübarizə aparmaq əvəzinə daha gözəl işlər görüb faydalı layihələr həyata keçirməliyik. Ona görə də təzminat davası barədə düşünmürəm və bu mənə yaraşmaz. Onlar özlərinə xas olan addımı atıblar". Aynur Məmmədova onu da deyib ki, hazırda yeni bir dərnəyin təsis edilməsi istiqamətində iş aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31