Avtobus sürücüləri arasında əlbəyaxa dava
Paytaxtda sərnişindaşıma ilə məşğul olan “BakuBus” və 88 saylı avtobusların sürücüləri arasında dava baş verib. “OLAYLAR”-ın xəbərinə görə, baş vermiş hadisə ilə bağlı məlumat ALO 141 Çağrı mərkəzinə da çatdırılıb.
14 Sentyabr 2016 12:35 SosialNuridə Allahyarova: "Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək"
Paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" və 88 saylı avtobusların sürücüləri arasında dava baş verib. "OLAYLAR"-ın xəbərinə görə, baş vermiş hadisə ilə bağlı məlumat ALO 141 Çağrı mərkəzinə da çatdırılıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava ediblər: "Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək. Daşıyıcı şirkətlərə müraciət edərək bildiririk ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş elətdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin. Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır".