Beynəlxalq şahmat festivalının uşaq turniri keçirilib
BAKU CRYSTAL HALL-da “BAKU OPEN — 2016” beynəlxalq şahmat festivalının uşaq turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən “OLAYLAR”-a bildirilib ki, 2004-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Mingəçevir, Füzuli, Ucar, Ağdam, Lənkəran, Zaqatala, Zərdab, Xızı və Salyan 111 nəfər idmançı (onlardan 33 nəfəri qızlardır) iştirak edib. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriib.
14 Sentyabr 2016 12:42 SosialBAKU CRYSTAL HALL-da "BAKU OPEN - 2016" beynəlxalq şahmat festivalının uşaq turniri keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, 2004-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan MR, Gəncə, Sumqayıt, Mingəçevir, Füzuli, Ucar, Ağdam, Lənkəran, Zaqatala, Zərdab, Xızı və Salyan 111 nəfər idmançı (onlardan 33 nəfəri qızlardır) iştirak edib. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriib. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edib. Sonda qaliblər, həmçinin turnirin ən kiçik yaşlı oğlan şahmatçısı Əlizadə Paşam (Bakı) və qız şahmatçısı Abaszadə Suada (Bakı) müvafiq dərəcəli diplomlar və qiymətli xatirə hədiyyələri ilə təltif olunub.