"Mario onunla yola gedə bilməzdi"
"Liverpool"un sabiq futbolçusu El-Haci Diuf Balotellinin "qırmızılar"da uğurlu karyera keçirməməsini Cerrardla bağlayıb. Goal.az xəbər verir ki, "L`Equipe"ə danışan Seneqal millisinin sabiq hücumçusu bunları deyib:
14 Sentyabr 2016 11:57 İdman"Liverpool"un sabiq futbolçusu El-Haci Diuf Balotellinin "qırmızılar"da uğurlu karyera keçirməməsini Cerrardla bağlayıb. Goal.az xəbər verir ki, "L`Equipe"ə danışan Seneqal millisinin sabiq hücumçusu bunları deyib:
"Balotelliyə xəbərdarlıq etmişdim ki, "Liverpool"a keçməsin. Həmin klub onluq deyildi. Mario onun istedadına paxıllıq edən və sonra ona qarşı neqativ fikirlər söyləyən Cerrardla yola gedə bilməzdi. Cerrard paxıl insandır.
O, xarakterli insanları sevmir. Mario yaxşı oğlandır, ona qulaq asmaq lazımdır. O, komandada problem meydana gəlməsinə səbəb olan oğlan deyil".