“Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib
Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Mingəçevirdə “Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
14 Sentyabr 2016 12:03 SosialGənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Mingəçevirdə "Tolerantlığın Azərbaycan modeli" mövzusunda konfrans keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, konfransda nazirliyin sektor müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Ruslan Əsgərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev çıxış edərək, Azərbaycanda tolerantlıq ənənələrinin inkişaf tarixindən, bu sahədə mövcud durumdan, gələcək hədəflərdən və gənclərin əsas vəzifələrindən ətraflı danışıblar. Konfransda milli və dini tolerantlığın Azərbaycan modelinin bu gün nümunə olaraq, bütün dünyada geniş təbliğ olunması zəruriliyi xüsusilə qeyd olunub.