Azərbaycanda bu xəstəliyə daha çox kişilər tutulurlar

Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəmin aktiv forması ilə xəstələnənlərin sayı 3989 nəfər olub.

Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəmin aktiv forması ilə xəstələnənlərin sayı 3989 nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici əhalinin hər 100 000 nəfərinə hesabı ilə 42 nəfər təşkil edir.

Bütün yaş qruplarında vərəmlə xəstələnənlər arasında kişilər üstünlük təşkil edib.
Belə ki, 0-13 yaş qrupu əhali arasında xəstələnənlərin 59.7 faizi, 14-17 yaş qrupunda xəstələnənlərin 69.3 faizi, 18-29 yaş qrupunda olanların 67 faizi, 30-44 yaş qrupunda olanların 73.3 faizi, 45-64 yaş qrupunda olanların 71.1 faizi, 65 yaş və üzəri sakinlər arasında xəstələnənlərin isə 62.6 faizi kişilər olub.

Ümumilikdə ötən il aktiv vərəmlə xəstələnənlərin 30,7 faizi qadın, 69,3 faizi kişi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31