Gündəm
Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub
Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Oksana Murad Dadaşovun filmində çəkilir
Azərbaycanlı rəqqasə Oksana Rəsulova filmə çəkilir.
Tunel çökdü: 7 işçi dağıntılar altında qaldı
Çində tikilməkdə olan avtomobil tunelinin dağılması nəticəsində yeddi işçi dağıntılar altında qalıb.
Referendum üzrə “Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndələri Sabaildə seçicilərlə görüşdü
Bu gün Bakının Səbail rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri Səbail rayon seçiciləri ilə növbəti görüş keçiriblər. Görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
Məktəb rəhbərləri üçün “Yay məktəbi” təşkil olunub
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Təhsil Nazirliyi tərəfindən son iki ildə məktəb rəhbərliyinə təyinat almış direktorlar üçün Qubada keçirilən “Yay məktəbi” başa çatıb.
Regionda həll edilməmiş münaqişə ocaqarı yenidən alovlana bilər
“Gürcüstanın ərazi bütövlüyünün həlli istiqamətində gedən proseslər 2008-ci il, avqust müharibəsindən sonra öz aktuallığını arxa plana keçirib. Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə “OLAYLAR”-a deyib ki, Rusiyanın hərbi dəstəyi ilə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya vilayətləri müstəqilliklərini elan edib: “Gürcüstanın ərazi bütövlüyünün həlli beynəlxalq birliyin gündəliyində hazırda aktuallıq kəsb etmir.
Bəzi müxalifət partiyalarının yanaşması qərəzlidir
“Regionda və dünyada baş verən hadisələr hamımızın gözünün qabağındadır. Milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Şəkidə keçiriləcək “Üç Məkan” II Şəki Beynəlxalq Teatr Festivalının Türkdilli ölkələr üçün əhəmiyyətindən söhbət açılmış, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib.
Qadın seçicilərlə görüş keçirilib
YAP Xətai rayon təşkilatınının qərərgahında sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qadın seçicilərlə görüş keçirib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, görüşü giriş sözü ilə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, YAP Qadınlar Şurası İdarə heyətinin üzvü Sədaqət Vəliyeva açıb. O, bildirib ki, tədbirin məqsədi referendumla bağlı qadın seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.
Ermənistandan daha bir iyrənclik
Ermənilər hər addımda Türkiyə və Azərbaycana qarşı düşmən mövqedə olduqlarını sübut edirlər. Özü də bu zaman mənfur düşmənlərimiz ən iyrənc metod və vasitələrə əl atırlar.
Turistlərdən bezdilər , nümayiş keçirdilər
Venesiyada yerli sakinlər şəhərə həddindən çox turistin gəlməsinə etiraz əlaməti olaraq nümayiş keçirib.
Əmək Nazirliyində Almaniyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla tanışlıq görüşü olub.
"Karapetyan" planı: Serj Sarkisyanı kim əvəzləyəcək?
"Bu ilin 2 aprel tarixində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də hiss edilir. Azərbaycan Silahlı Qüvvələrinin uğurları təkcə Ermənistan ordusunun deyil, ümumilikdə erməni dövlətçiliyinin ciddi qüsurlarını üzə çıxardı. Ona görə də ciddi caxnaşmalar ancaq qonşu ölkənin hərbi strukturlarında deyil, həm də Ermənistan cəmiyyətində də özünü açıq şəkildə göstərir. Ona görə də Ermənistanda radikal millətçilərlə yanaşı, artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması çağırışları da güclənir. Sadə ermənilər isə vəziyyətə ölkəni kütləvi şəkildə tərk etməklə reaksiya verirlər".
İran hərbi sürət gəmisini suya buraxdı
İran hərbi sürət gəmisini Buşəhr limanından suya buraxıb.
BDU-nun professoru: "Kainatın Allah tərəfindən yaradılması əsassız söhbətlərdir"
Modern.az Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının müdiri, professor Rauf Quliyevlə söhbəti təqdim edir:














