Gündəm
Piyadanı vurub qaçan sürücü yaxalanıb
Sentyabrın 13-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zahir Əliyev vurulmuş və o, hadisə yerində ölmüşdür. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Fikrət Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobildə tutulub. Araşdırma aparılır.
Mingəçevirdə silah-sursat tapılıb
Mingəçevir şəhərində silah-sursat tapılıb. DİN-dən verilən məılumata görə, şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən 4 ədəd patron darağı və 88 ədəd avtomat patronu tapılmışdır.
Evi qarət edən qadın saxlanıb
Abşeronda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də rayon sakini Etibar Əhmədova məxsus evdən 162 manat pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən həmyerlisi Aynur Cəbrayılzadə tutulub.
Almaniya vətəndaşının evindən 6 min aparan tutulub
Bakıda Almaniya vətəndaşının evi qarət edilib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli biliən Gürcüstan vətəndaşı Xanım Məmmədova tutulub. Araşdırma aparılır.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurmuşdur. DİN-dən verilən məlumata görə, nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
ABŞ kəşfiyyat təyyarəsi Rusiyaya yaxınlaşdı
ABŞ-ın P-8A Poseidon tipli 168761 nömrəli kəşfiyyat təyyarəsi Qara dəniz üzərindən Rusiya sahillərinə yaxınlaşıb.
Bakıdan Ukrayna və Gürcüstana yeni avtobus reysləri açılacaq
Yaxın vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən daha üç istiqamətdə beynəlxalq avtobus reysləri yerinə yetiriləcək.
Türkiyədə hərbi maşın partladıldı
PKK terror təşkilatının üzvləri Türkiyənin Van vilayətində hərbi maşını partladıblar.
Əflatun Amaşov: “Konstitusiya dəyişikliklərı son dərəcə ciddi mesajdır”
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibəsi
Müxalifətin psixologiyası qətiyyən dəyişməyib
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik məqsədilə sentyabrın 26-da keçiriləcək ümumixalq səsverməsi ilə əlaqədar Milli Şuranın keçirdiyi sonuncu aksiya fiaskoya uğrayıb desək, fikrimizdə heç də yanılmarıq. Nəzərə almaq lazımdır ki, Milli Şura və AXCP cütlüyünün təşkilatçılığı ilə keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəraitdə baş tutub.
"Heç olmasa xalq artisti adını hörmətsiz eləməsinlər"
Son günlərin ən çox müzakirə olunan mövzusu Zeynəb Xanlarova və Flora Kərimova arasında yaşanan münaqişə ilə bağlı oldu. Tərəflərdən birinin (Flora Kərimova-red) alovlu açqlamaları "yumurta birinci yaranıb, yoxsa, toyuq?" məsəlinə bənzədi. Xalqın artistləri, sanki, cəmiyyəti "mən daha güclüyəm" şüarına söykənməyə çağırdı.
Azərbaycan daha bir şəxsi beynəlxalq axtarışa verib
Azərbaycan dövləti daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxaq axtarışa verib.
“Erməni bayrağını və gerbini Qazelin kirli baqajında daşıyıblar” Erməni etirazı
Ermənistanın baş prokuroru postuna namizədi Artur Davtyan parlamentdə deputatların ona ünvanlanan sualları əsnasında ilginc məqam üzə çıxıb. SİA-nın məlumatına görə, bu barədə yazan lragir.am saytı qeyd edir ki, bu barədə adıçəkilən sayta açıqlama verən deputat Nikol Paşinyan deyib ki, Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirmiş rusiyalı hərbi qulluqçu Valeri Premyakovun harada cəza çəkəcəyi ilə bağlı verilən sualı cavablandıran baş prokurorluğa namizəd həmin sualın ona deyil, ədliyyə nazirliyinə veriməli olduğunu xatırladıb.
Uber ABŞ-da pilotsuz taksiləri istifadəyə buraxıb
ABŞ-da ilk dəfə olaraq avtopilotun idarə etdiyi taksilər Pitsburq şəhərinin küçələrinə çıxıb.
Mübariz Qurbanlı "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzmanı qəbul edib.














