Müxalifətin psixologiyası qətiyyən dəyişməyib
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik məqsədilə sentyabrın 26-da keçiriləcək ümumixalq səsverməsi ilə əlaqədar Milli Şuranın keçirdiyi sonuncu aksiya fiaskoya uğrayıb desək, fikrimizdə heç də yanılmarıq. Nəzərə almaq lazımdır ki, Milli Şura və AXCP cütlüyünün təşkilatçılığı ilə keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəraitdə baş tutub.
14 Sentyabr 2016 17:25 SiyasətOnların taktikaları Azərbaycanı faciəyə aparır
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik məqsədilə sentyabrın 26-da keçiriləcək ümumixalq səsverməsi ilə əlaqədar Milli Şuranın keçirdiyi sonuncu aksiya fiaskoya uğrayıb desək, fikrimizdə heç də yanılmarıq. Nəzərə almaq lazımdır ki, Milli Şura və AXCP cütlüyünün təşkilatçılığı ilə keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəraitdə baş tutub. Üstəlik hüquq mühafizə orqanları mitinq iştirakçılarının təhlükəsizliyini təmin edib. Bundan başqa, AXCP-nin fəalları uzun müddət sosial şəbəkələrdə insanları aksiyaya dəvət ediblər. Daha dəqiq, öz ənənvi iyrənc metodlarından istifadə edərək mitinqə çağırışlar ediblər. Bunu dini radikalizmin nümayəndəsi olan Taleh Bağırovun ictimaiyyətə müraciəti bir daha sübut edir. Lakin bütün cəhdlərə baxmayaraq özünü radikal müxalifət adlandıran kəsimin aksiyasında haradasa 2500-ə yaxın adam iştirak edib. Müşahidələr deməyə əsas verir ki, müxalifətin aksiyası 20 il bundan əvvəlki mitinqlərdən heç nə ilə fərqlənməyib. Daha dəqiq, müxalifət elə köhnə şineldə olduğu kimi qalıb, şüarlar, tələblər müxalifətin hələ də yerində saydığını təsdiq edib. Özünü müxalifətin lideri adlandıran gözəgörünməzlər yenə də mitinqdə qeybə çəkiliblər, Milli Şura Koordinasiya Şurasının bir neçə üzvü çıxış edərək iqtidara qarşı qərəzli ittihamlar səsləndiriblər. Deyilənlərə görə, Milli Şuranın sədri Cəmil Həsənli isə aksiyada quyabi şəkildə iştirak edib, yəni aksiya vaxtı yoxa çıxıb. Əlqərəz, müxalifətin referendumqabağı aksiya keçirməkdə yeganə məqsədi ölkədə siyasi sabitliyi pozmaq olub. Məsələ orasındadır ki, Azərbaycan cəmiyyətindən, xüsusilə müxalifət düşərgəsindən dəstək ala bilməyən Milli Şura aksiyanın keçirilməsində xarici havadarlarının maddi və mənəvi yardımından gen-boluna isifadə edib. Əslində Milli Şuranın Azərbaycan cəmiyyətindən bu dəstəyi ala bilməyəcəyi gün kimi aydın idi. Çünki, sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendum cəmiyyət tərəfindən müsbət qarşılanır. Belə bir şəraitdə Milli Şuranın xarici anti-Azərbaycan dairələrin təhriki ilə ölkədə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq cəhdləri kəskin etirazıla qarşılanıb. Aydındır ki, Milli Şura xarici havadarlarından aldığı maliyyəni realizə etmək üçün növbəti aksiyaların keçirilməsinə qərarlı olacaq. ASDP sədri Araz Əlizadı bildirib ki, mitinqə gələnlər ancaq Milli Şura rəhbərlərinin qohum-əqrəbasıdır: "Xalq onları dəstəkləmir, çünki xalqın onlara inamı 25 il bundan əvvəl itib. Ona görə də Qərb ölkələrinin səfirlərinə mitinqə on minlərlə adam çıxaracağını vəd edən Əli Kərimli stadionunun yarısını doldura bilmədi". ASDP sədri bildirib ki, mitinqin mənasız olduğunu görən azsaylı iştirakçılar da aksiya başlayandan 10-15 dəqiqə sonra mitinqi tərk etdilər: "Bu aksiya cəhdi radikal müxalifətin xalq tərəfindən qəbul edilmədiyini, insanların Milli Şura ideoloqlarının iddialarına qeyri-ciddi yanaşdığını açıq göstərdi". A.Əlizadə əlavə edib ki, Milli Şuranın daha bir mitinq təyin etməsinin də məqsədi eynidir: "Növbəti mitinq də eyni məqsəd daşıyır. Alınan pulların hesabatını vermək lazımdır, ya yox?! Əgər bir insan işləmirsə, lakin uşaqlarını xaricdə oxutdurursa, cangüdənlərlə gəzirsə, haradandır bu pullar?! Bax bu pullar üçün onlar mitinq keçirirlər". Məsəlyə münasibət bildirən Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov deyib ki, AXCP 1990-cı illərdəki səviyyələrində qalıb: "Necə ədəbsiz idilərsə, elə də qalıblar. Nə qədər deyirdim ki, onların taktikaları Azərbaycanı faciəyə aparır, lakin dinləmədilər və heç nə də anlamadılar. Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib. Erməni lobbisi AXC-ni Bakıda aksiyalara təhrik edirdi ki, sərt cavab tədbirləri görüləndə rəsmi Bakı insan hüquqlarının pozulmasında günahlandırılsın. Həbslərə başlayacağı təqdirdə cəbhəçilərin Bakıda nələr törədəcəyi haqda bizdə dəqiq məlumatlar olub. Hətta cəbhə xəttindən könüllü batalyonları Bakıya gətirmişdilər. Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar". Politoloq Qabil Hüseynli də Milli Şuranın mitinqinin nəticəsiz olduğunu bildirib: "Azərbaycan xalqı mitinqlərdən heç bir şey gözləmir. Siyasətçilər də insanları aldadıblar, söz veriblər, amma nəzərdə tutulan hədəflərə çata bilməyiblər". Q.Hüseynli deyib ki, ümumiyyətlə, müxalifət partiyalarının gücü qalmayıb: "Müxalifət partiyalarının nə gücü var ki?! Müxalifət parçalanıb. 31 müxalifət partiyası var, onların da ancaq ikisi-üçü mitinqə qatılmışdı. Müxalifətin siyasi inteqrasiyası bərbad vəziyyətdədir, hamısı bir-biri ilə mənasız rəqabət aparır və ona görə də belə vəziyyətə düşüblər". Yeri gəlmişkən onu da xatırladaq ki, müxalifət nəinki iqtidara, eləcə də bu dövlətə, bu xalqa qarşı qisas hissi ilə yaşayır. Eynən illər öncə müxalifət liderlərinin xalqa qarşı səsləndirdikləri aqressiv fikirləri onların ardıcılları sözbəsöz təkrarlamaqdadırlar. Eyni ideologiya, eyni mübarizə taktikası əslində müxalifətin xalqa və dövlətə qarşı münasibətinin dəyişmədiyini açıq şəkildə ortaya qoyur. Təsadüfi deyil ki, qisas yanğısı ilə yaşayan AXCP fəalları sosial şəbəkələrdəki statuslarında "hakimiyyətə gələcəkləri" təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını bəyan ediblər. Hətta bir qədər də uzağa gedərək əllərində müvafiq siyahılar olduğunu da bildiriblər. İndi təsəvvür edin ki, belə xislətə malik insanların hakimiyyətə gələcəkləri tədqirdə xalq və dövlət maraqlarını təmin edəcəkləri nə dərəcədə real görünür?
Alim