ABŞ kəşfiyyat təyyarəsi Rusiyaya yaxınlaşdı

ABŞ-ın P-8A Poseidon tipli 168761 nömrəli kəşfiyyat təyyarəsi Qara dəniz üzərindən Rusiya sahillərinə yaxınlaşıb.

ABŞ-ın P-8A Poseidon tipli 168761 nömrəli kəşfiyyat təyyarəsi Qara dəniz üzərindən Rusiya sahillərinə yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, sərhədə yaxınlaşarkən, təyyarənin ötürücü qurğusu söndürülüb və göndərilən xəbərdarlıqlara cavab verilməyib. 

Məlumatlara görə, təyyarə Rusiya sahillərinə çox az məsafə qalmış geri dönüb.
 
Qeyd edək ki, Amerika kəşfiyyat təyyarələri tez-tez Rusiya sərhədlərinə doğru yönəlir. Lakin Pentaqon hesab edir ki, onların təyyarələri  Baltik və Qara dəniz üzərindən uçarkən heç bir qanunu pozmurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31