Qadın seçicilərlə görüş keçirilib

YAP Xətai rayon təşkilatınının qərərgahında sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qadın seçicilərlə görüş keçirib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, görüşü giriş sözü ilə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, YAP Qadınlar Şurası İdarə heyətinin üzvü Sədaqət Vəliyeva açıb. O, bildirib ki, tədbirin məqsədi referendumla bağlı qadın seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.

YAP Xətai rayon təşkilatınının qərərgahında sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qadın seçicilərlə görüş keçirib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, görüşü giriş sözü ilə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, YAP Qadınlar Şurası İdarə heyətinin üzvü Sədaqət Vəliyeva açıb. O, bildirib ki, tədbirin məqsədi referendumla bağlı qadın seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.

Çıxış edənlər Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat veriblər. Sonda tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31