Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Şəkidə keçiriləcək “Üç Məkan” II Şəki Beynəlxalq Teatr Festivalının Türkdilli ölkələr üçün əhəmiyyətindən söhbət açılmış, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib.
14 Sentyabr 2016 16:17 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURKSOY) baş katibi Düsen Kaseinov ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Şəkidə keçiriləcək "Üç Məkan" II Şəki Beynəlxalq Teatr Festivalının Türkdilli ölkələr üçün əhəmiyyətindən söhbət açılmış, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov səmimi qəbula görə Nazirə təşəkkürünü bildirib, 2016-cı il tarixində Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulamış və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.