Regionda həll edilməmiş münaqişə ocaqarı yenidən alovlana bilər

“Gürcüstanın ərazi bütövlüyünün həlli istiqamətində gedən proseslər 2008-ci il, avqust müharibəsindən sonra öz aktuallığını arxa plana keçirib. Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə “OLAYLAR”-a deyib ki, Rusiyanın hərbi dəstəyi ilə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya vilayətləri müstəqilliklərini elan edib: “Gürcüstanın ərazi bütövlüyünün həlli beynəlxalq birliyin gündəliyində hazırda aktuallıq kəsb etmir.

"Gürcüstanın ərazi bütövlüyünün həlli istiqamətində gedən proseslər 2008-ci il, avqust müharibəsindən sonra öz aktuallığını arxa plana keçirib. Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a deyib ki, Rusiyanın hərbi dəstəyi ilə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya vilayətləri müstəqilliklərini elan edib: "Gürcüstanın ərazi bütövlüyünün həlli beynəlxalq birliyin gündəliyində hazırda aktuallıq kəsb etmir. Ukraynada yeni münaqişə ocağının yaranması, Krımın Rusiya tərəfindən anneksiyası Qərbin bütün diqqətini bu, proseslərə cəlb edib. Qərb Gürcüstanı yeni problemlərdən qorumaq üçün siyasi dəstəyini NATO səviyyəsində göstərsə də,

faktiki ərazi bütövlüyünün həlli istiqamətində Gürcüstanın NATO siyasəti Rusiya ilə dərin problemlərə yol açmaqdadır". Politoloq hesab edir ki, Rusiya NATO-ya görə Gürcüstanın bu, separatçı bölgələrində ciddi şəkildə öz hərbi imkanlarını genişləndirir və bu, region üçün yeni təhlükəsizlik problemlərinin riskini qabardır: "Qərb və Rusiya Suriyada müəyyən nizamlanma ortamına gəldikdən sonra yeni nüfuz uğrunda savaş Şərqi Avropa və Cənubi Qafqazda cərəyan edə və regionda həll edilməmiş münaqişə ocaqarı yenidən alovlana bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31