"Karapetyan" planı: Serj Sarkisyanı kim əvəzləyəcək?

"Bu ilin 2 aprel tarixində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də hiss edilir. Azərbaycan Silahlı Qüvvələrinin uğurları təkcə Ermənistan ordusunun deyil, ümumilikdə erməni dövlətçiliyinin ciddi qüsurlarını üzə çıxardı. Ona görə də ciddi caxnaşmalar ancaq qonşu ölkənin hərbi strukturlarında deyil, həm də Ermənistan cəmiyyətində də özünü açıq şəkildə göstərir. Ona görə də Ermənistanda radikal millətçilərlə yanaşı, artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması çağırışları da güclənir. Sadə ermənilər isə vəziyyətə ölkəni kütləvi şəkildə tərk etməklə reaksiya verirlər".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Ermənistandakı hökumət böhranını şərh edərkən bildirib.

Millət vəkilinin sözlərinə görə, aprel hadisələri ölkənin siyasi sisteminin və hakim siyasi komandanın da dəyişilməsinə ciddi təkan verdi: "Təsadüfi deyil ki, baş nazir Ovik Abramyanın istefası ilə yanaşı, müdafiə naziri Seran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın da hökumətdən uzaqlaşdırılması məsələsi sayılan günlərin məsələsidir. Hansı ki, bu üç şəxsin hər biri Serj Sarkisyandan sonra Ermənistan liderliynə əsas namizədlər hesab edilirlər. Ancaq gözlənilmədən baş nazir postuna texnokrat Karen Karapetyan gətirilir. O, fəaliiyətinin böyük bir hissəsini kommersiya fəaliyyətinə həsr edib və və Ermənistandan kənarda yaşayıb. Onu və sonradan digər yeni simaları hakimiyyətdəki mühüm postlara gətirməklə, sanki, hansısa qüvvələr Ermənistan hakmiyyətinin yeni simasını yaratmağa və bununla da onları Dağlıq Qarabağ müharibəsinin məsuliyyətindən azad etməyə çalışır".

A.Mirzəzadə hesab edir ki, kənar qüvvələr Ermənistandakı vəziyyətə nəzarəti ələ keçirməyə çalışırlar: "Düzdür, Ermənistan konstitusiyasına edilən dəyişikliklərə görə, gələn il keçiriləcək parlament seçkilərindən sonra ölkə prezident respublikasından parlament respublikasına çevrilir və əsas sima prezident deyil, baş nazir olacaq. Serj Sarkisyan isə özünün bu posta iddialı olduğunu heç gizlətmirdi. Ancaq aprel hadislərindən sonra Ermənistanda yaranan yeni situasiya Sarkisyan və onun komandasının perspektivini çox şübhəli edir. Ermənistan hakimiyyətinin kimliyinin isə İrəvanda deyil, ölkədən kənarda müəyyən edildiyini nəzərə alsaq, Ermənistandan kənar mərkəzlər yeni, keçmişlə əlaqəsi omayan bir hakimiyyət formalaşdırmağa və bununla da ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışırlar. Yeni təyin edilən baş nazir Karen Karapetyanın isə bu planın ilk və əsas bəndi kimi götürüldüyü hiss edilir. Onun da əvvəlki siyasi komada kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olması isə Ermənistandakı Qarabağ klanını sakitləşdirməyə xidmət edir. Digər tərəfdən isə keçmişlə əlaqəsinin olmaması onu bir çox məsələlərdə cavabdehlikdən azad edir. Bütün bunlar müəyyən müddətdə Karapetyanı həm Ermənistanda, həm də xaricdə tanıtdırmağa və lazımi əlaqələr yaratmağa, sonra isə sakit şəkildə real hakimiyyətin Sarkisyandan ona keçməsinə şərait yaradır".

Onun fikrincə, Ermənistanda vəziyyəti nəzarət altında saxlamaq üçün bu və ya digər variantlar da ortaya çıxa bilər: "Amma Ermənistan işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxartmayan və Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər "Karapetyan" planları hələ çox sınaqdan keçirilməli olacaq. Bundan isə ən ağır zərbəni məhz özünütəcrid vəziyyətinə salmış Ermənistan alacaqdır. Azərbaycanın öz ərazilərini qaytarmaq əzmi artıq ortadadır və bunu həyata keçirmək üçün ölkənin bütün imkanları vardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31