Turistlərdən bezdilər , nümayiş keçirdilər

Venesiyada yerli sakinlər şəhərə həddindən çox turistin gəlməsinə etiraz əlaməti olaraq nümayiş keçirib.

Venesiyada yerli sakinlər şəhərə həddindən çox turistin gəlməsinə etiraz əlaməti olaraq nümayiş keçirib.

Report xəbər verir ki, hazırda rəsmi məlumatlara görə, Venesiyanın tarixi mərkəzində 56 min nəfər yaşayır. Ötən il şəhərə 30 milyon turist gəlib. Bu da hər günə orta hesabla 70 min nəfərdən çox deməkdir.

Yerli sakinlər turistlərin davranışından narazıdır. Onlar, həmçinin dar küçələrdə turist izdihamı arasından sıyrılıb keçməkdən yorulduqlarını deyirlər.
Ancaq şəhər büdcəsi əhəmiyyətli vəsaitlər tələb edir və bu, vəsait xüsusilə turistlərin axını hesabına təmin edilir. Sadəcə, şəhər sakinləri Venesiyanın bu qədər turisti qəbul etmək iqtidarında olmadığını təkidlə iddia edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31