Gündəm

Ərdoğan Rusiyaya qarşı mübarizədə Ukraynaya yardım sözü verdi

21 Sentyabr 2016 12:04

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb.

Milli musiqimiz təbliğ ediləcək

21 Sentyabr 2016 12:01

Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin icrasına başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində tədbirlər Bakı şəhərinin Nizami, Nərimanov və Nəsimi rayonlarında yaşayan 14-18 yaşlı yeniyetmə və gəncləri əhatə edir.

Dini Komitə İsmayıllıda maarifləndirmə tədbiri keçirib

21 Sentyabr 2016 11:59

İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 6 saylı tam orta məktəbində “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.

V Qlobal Bakı Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

21 Sentyabr 2016 11:58

“Concordia” Sammitində iştirak etmək üçün Nyu-Yorkda bir araya gələn Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi və üzvləri təşkilatın fəaliyyəti ilə bağlı toplantı keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen,Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvləri - İsrailin keçmiş Baş naziri Ehud Barak, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.

Ermənilər müxtəlif istiqamətlərdən atəşkəsi pozub

21 Sentyabr 2016 11:57

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.

Bakı-Ələt-Qazax avtomobil yolunun daha bir hissəsi yenidən quruldu

21 Sentyabr 2016 11:56

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 196-283.8-ci km-lik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası tam olaraq yekunlaşıb.

Səxavət Əlisoydan müxalifət liderlərinə ismarıc

21 Sentyabr 2016 11:55

“23 ildir mitinqlər keçiririk. 23 ildir keçirdiyimiz hər mitinqdən sonra aksiya iştirakçılarının sayını müzakirə edirik. 3 minə 10 min deyirik, 10 minə 50 min, 30 minə 100 min. İqtidar də tərsini deyir. Sayı şişirtməklə özümüzə təskinlik veririk. Və ən başlıcası bir nəticəyə nail ola bilmirik”.

MM-in Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

21 Sentyabr 2016 11:53

Milli Məclisin Səhiyyə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışılıb.

MM-də Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclası keçirilib 

21 Sentyabr 2016 11:52

Milli Məclisdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib. İclası açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumla ölkəmiz arasında dialoq aparılmasının vacibliyini vurğulayaraq Azərbaycanın regionda böyük nüfuza və qüdrətə sahib dövlət olduğunu xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə bütün dünya üçün nümunədir.

Vərəmlə mübarizədə Azərbaycanın təcrübəsi örnəkdir

21 Sentyabr 2016 11:49

Həyata keçirilən kompleks tədbirlər hesabına, cəzaçəkmə müəssisələrində xüsusilə müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə yüksək göstəricilər əldə edilib, son 20 ildə vərəm hallarının sayında ilbəil azalma müşahidə olunub, vərəmdən ölüm isə 100 dəfə azalıb.

Özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş şəxslərə sertifikatlar təqdim olunub

21 Sentyabr 2016 11:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası işləri uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramında iştirak etməkdən ötrü müraciət edən şəxslərə biznesin təşkili üzrə təlimləri həyata keçirəcək daha bir qrup şəxs (təlimçi) üçün təşkil edilmiş təlim kursu başa çatıb.

AXCP rəsmisi: “Əli Kərimlinin bir neçə sifəti olduğunu hamı yaxşı bilir”

21 Sentyabr 2016 11:45

“Hər kəs yaxşı bilir ki, Əli Kərimli sonuncu mitinq şousu ilə ona verilən missiyanı uğurla başa çatdırmış oldu. Həmişəki kimi yenə də xalqın və müxalifətin birliyindən sui-istifadə etdi. Yenə də "həbs etdirmək" siyasətini işə salaraq bir neçə zavallı gəncləri həbsə atdırdı. Ölkədə sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir zamanda şəxsi ambisiyalarını xalqın mənafeyindən üstün tutan Yurd sədri özünün necə bir riyakar, satqın və "saxta müxalifətçi" olduğunu bir daha sübut etdi”. Bunu SİA-ya açıqlamasında alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev bildirib.

Bakını hədəfə aldılar, amma özlərini vurdular

21 Sentyabr 2016 11:34

"İnsan hüquqlarıi barədə çox danışanlar yalnız öz maraqlarının təminatı hüququnu nəzərdə tuturlar" (Vilhelm Şvebel)

ABŞ-da partlayışda xəsarət alanların sayı 31-ə çatıb

21 Sentyabr 2016 11:31

ABŞ-ın Nyu-York ştatında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 31-ə çatıb.

Ərdoğandan daha çox “ərdoğançı...”

21 Sentyabr 2016 11:32

Çox qəribə və təzadlı bir mənzərə yaranıb. Azərbaycanda mövcud olmuş bəlli şəbəkənin – “Gülən camaatı”nın “səxavətindən” və “dəstəyindən” geninə-boluna istifadə edən və bəhrələnən şəxslər indi birdən-birə, qəflətən Ərdoğandan artıq ərdoğançı, Türkiyədən artıq türkiyəçi olmağa başlayıblar. Sanki vaxtilə Gülənin “ay çöhrəsinin” Gün görməyən“tərəfinin” də “nurlu” olduğunu iddia edən bunlar deyilmiş; sanki gülənçilərin məhkəmə təzyiqlərindən illərlə əziyyət çəkən bunlarmış; sanki illərlə gülənçilərin mənəvi təxribatlarının hədəfi olublarmış...