Bakı-Ələt-Qazax avtomobil yolunun daha bir hissəsi yenidən quruldu

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 196-283.8-ci km-lik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası tam olaraq yekunlaşıb.

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 196-283.8-ci km-lik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası tam olaraq yekunlaşıb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən hissənin uzunluğu 87,8 km-dir və layihə çərçivəsində 4 ədəd yol qovşağı, 5 ədəd su üzərindən körpünün inşası həyata keçirilib. Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Magistralın Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində "Azəravtoyol" ASC-nin rəhbərliyinin müdaxiləsi ilə gecikmələrə səbəb olan problemlərin həll edilməsi, mütəmadi olaraq işlərin gedişi ilə yerindəcə tanış olaraq, müvafiq tapşırıq və tövsiyyələrin verilməsi sayəsində işlər sürətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31