Milli musiqimiz təbliğ ediləcək
Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin icrasına başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində tədbirlər Bakı şəhərinin Nizami, Nərimanov və Nəsimi rayonlarında yaşayan 14-18 yaşlı yeniyetmə və gəncləri əhatə edir.
21 Sentyabr 2016 12:01 SosialGənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi "Milli musiqimizin təbliğatçısına çevrilək" adlı layihənin icrasına başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində tədbirlər Bakı şəhərinin Nizami, Nərimanov və Nəsimi rayonlarında yaşayan 14-18 yaşlı yeniyetmə və gəncləri əhatə edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd milli musiqimizi yeniyetmə və gənclərimizə sevdirmək, Azərbaycan mədəniyyətinin təşəkkülündə xidmətləri olan korifey sənətkarları təbliğ etmək və bu sahənin inkişafına töhfə verməkdir. Layihə rəhbəri Səbinə Novruzzadə qeyd edib ki, layihə çərçivəsində milli musiqimizin təbliği məqsədilə təlimlərin keçirilməsi planlaşdırılır.