MM-də Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclası keçirilib 

Milli Məclisdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib. İclası açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumla ölkəmiz arasında dialoq aparılmasının vacibliyini vurğulayaraq Azərbaycanın regionda böyük nüfuza və qüdrətə sahib dövlət olduğunu xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə bütün dünya üçün nümunədir.

Milli Məclisdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib. İclası açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumla ölkəmiz arasında dialoq aparılmasının vacibliyini vurğulayaraq Azərbaycanın regionda böyük nüfuza və qüdrətə sahib dövlət olduğunu xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə bütün dünya üçün nümunədir. Azərbaycan Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərini qarşılıqlı hörmət, anlaşma əsasında davam etdirməyə, bunun üçün açıq fikir mübadiləsi aparmağa hazırdır. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olmalıdır. Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Səyyad Kərim burada onlar üçün yaradılan şəraitdən, göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. O, Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətindən danışıb. Bu platforma çərçivəsində keçirilən görüşlərin və konstruktiv dialoqun yaxşı nəticə ilə yekunlaşacağına ümidvar olduğunu bildirib. Əlavə edib ki, bu əməkdaşlıq və faydalı dialoq xalqlarımızın ümumi maraqlarına xidmət edəcək. Qonaq çıxışında qeyd edib ki, parlamentlərimiz arasında olan ortaq dəyərlər, uzunmüddətli münasibətlər hər birimizin inandığımız məsələlərdir. Azərbaycan Avropa İttifaqı üçün mühüm bir ölkədir və biz münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik. Səyyad Kərim ölkəmizlə Avropa xalqlarının yaxınlığını təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini bəyan edib. Komitənin 13-cü iclasının gündəliyinə komitənin 12-ci iclasının steneqramının təsdiqi, Avropa İttifaqı - Azərbaycan ikitərəfli münasibətləri, əhəmiyyətli islahatlar və inkişaf, Parlament Əməkdaşlıq Komitəsinin gələcək fəaliyyətinin istiqaməti məsələləri daxil edilib. Sonra iclasda Avropa İttifaqı və Avropa Parlamenti ilə ölkəmiz arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31