Səxavət Əlisoydan müxalifət liderlərinə ismarıc

“23 ildir mitinqlər keçiririk. 23 ildir keçirdiyimiz hər mitinqdən sonra aksiya iştirakçılarının sayını müzakirə edirik. 3 minə 10 min deyirik, 10 minə 50 min, 30 minə 100 min. İqtidar də tərsini deyir. Sayı şişirtməklə özümüzə təskinlik veririk. Və ən başlıcası bir nəticəyə nail ola bilmirik”.

"Siz 5-6 adam birləşə bilmirsizsə, 10 milyonluq bu xalqı hansı ağ günə çıxarmaqdan danışırsınız"

"23 ildir mitinqlər keçiririk. 23 ildir keçirdiyimiz hər mitinqdən sonra aksiya iştirakçılarının sayını müzakirə edirik. 3 minə 10 min deyirik, 10 minə 50 min, 30 minə 100 min. İqtidar də tərsini deyir. Sayı şişirtməklə özümüzə təskinlik veririk. Və ən başlıcası bir nəticəyə nail ola bilmirik". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini, keçmiş müsavatçı Səxavət Əlisoy Milli Şura və Müsavatın son mitinqlərinə münasibət bildirərəkən səsləndirib. O, qeyd edib ki, əvəzində ikiyə, dördə, altıya parçalanma baş verir: "Parçalanıb zəif düşənlər sonra ayrılıqda mübarizəyə cəhd edir və bu mübarizənin də nə qədər səmərəsiz olduğu göz önündədir. Diqqət edin, rejimə qarşı ardıcıl mübarizə aparan 3-4 siyasi qurum birləşə bilmir. Kimin ucbatından? Təbii ki, liderlərin üzündən bu birlik baş tutmur. Adama deməzlər ki, qardaş siz 5-6 adam birləşə bilmirsizsə, 10 milyonluq bu xalqı hansı ağ günə çıxarmaqdan danışırsınız". Səxavət Əlisoy onu da bildirib ki, referendumdan sonra da 1-2 mitinqin keçirilməsi mümkündür: "Lap belə o mitinqlərə 50-100 min də adam gəlsin. Sonra? Yeni bir 2003 ortaya çıxmasını istəyirsiniz? Uzaqgörən partiya sədri 2003-cü ildən ciddi nəticə çıxarmalıdır. Görünən odur ki, kimsə nəticə çıxarmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31