Vərəmlə mübarizədə Azərbaycanın təcrübəsi örnəkdir

Həyata keçirilən kompleks tədbirlər hesabına, cəzaçəkmə müəssisələrində xüsusilə müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə yüksək göstəricilər əldə edilib, son 20 ildə vərəm hallarının sayında ilbəil azalma müşahidə olunub, vərəmdən ölüm isə 100 dəfə azalıb.

Həyata keçirilən kompleks tədbirlər hesabına, cəzaçəkmə müəssisələrində xüsusilə müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə yüksək göstəricilər əldə edilib, son 20 ildə vərəm hallarının sayında ilbəil azalma müşahidə olunub, vərəmdən ölüm isə 100 dəfə azalıb. Bu barədə Ədliyyə Nazirliyindən verilən məlumata görə, artıq ölkəmizin bu sahədə nailiyyətləri ÜST, Qlobal Fond, BQXK, "Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq" və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək, ÜST Avropa Regional Bürosunun 61-ci sessiyasında region ölkələri üçün nümunəvi təcrübə kimi göstərilib, habelə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən illik Səhiyyə Mükafatına layiq bilinib.Eyni zamanda, BQXK birgə fəaliyyətin nəticələrinə əsaslanaraq ölkəmizin vərəmlə mübarizədə müsbət təcrübəsini digər dövlətlər üçün örnək kimi dəyərləndirərək onun dünyada yayılmasının əhəmiyyətini bildirib. Bununla əlaqədar praktiki olaraq dünyada ilk dəfə cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəni yaymaq məqsədilə 2012-ci ildə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Beynəlxalq təlim mərkəzi yaradılıb. Mərkəz ölkəmizin penitensiar müəssisələrində işləyən istər tibbi, istərsə də qeyri-tibbi ixtisaslı əməkdaşların vərəm üzrə biliklərə yiyələnməsinə xidmət etməklə yanaşı, digər ölkələrin nümayəndələrinin hazırlığını da həyata keçirir. Son illər 15-ə yaxın dövlətdən tərkibində səhiyyə, penitensiar xidmət və beynəlxalq təşkilatların vərəmlə mübarizə sahəsində işləyən 120-dək nümayəndələri Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə oxşar modellərin tətbiqinə başlanılıb.Tacikistan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək ölkəmizin vərəmlə mübarizədə müsbət təcrübəsi ilə tanış olmaq barədə niyyətini bildirib və bu məqsədlə Tacikistan Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəhbər işçiləri və həkimləri, habelə Səhiyyə Nazirliyinin, "Karitas Lüksemburq" və digər təşkilatların təmsilçilərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətində və Tibb baş idarəsində rəsmi görüşlər keçirilib, həmçinin qonaqlar üçün vərəmlə mübarizəyə dair 10 prezentasiya təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31