Gündəm
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Yaponiyanın İdzu adalarının yaxınlığında Sakit okeanda zəlzələ qeydə alınıb.
Prezident İlham Əliyevdən Avropaya demokratiya dərsi
Belə bir Qədim Şərq deyimi var: “Düşüncələrinizə diqqət edin ki, onlar davranışlarınızın başlanğıcı ola bilər”. Bəli, bu deyim tarixin müxtəlif dönəmlərində özünü büruzə verib. Hissləri, çılğın düşüncələri ilə idarə edənlər fəaliyyətlərində ciddi nöqsanlara yol verirlər.
AŞPA-nın referendumu izləyəcək müşahidəçiləri müəyyənləşdi
AŞPA Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək. Məlumata görə, hökumətin dəvəti əsasında baş tutacaq missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək.
Sudan Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupuna qoşulacaq
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Sudanın xarici işlər naziri İbrahim Qandur ilə görüşüb.
Paris Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar üçün Azərbaycan və Ermənistan rəhbərlərini qəbul etməyə hazırdır
Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri İlham Əliyev və Serj Sarkisyanı qəbul etməyə hazır olduğunu bəyan edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Beynəlxalq Qızıl Xaç Komitəsi aprel hadisələrindən sonra büdcəsini artırıb
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin aprel ayında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən zərər çəkmiş mülki şəxslərə yardım etmək məqsədilə 2016-cı il üçün büdcəsini artırıb. Bunu “Azernews” qəzetinə müsahibəsində BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera deyib.
Murad Boz ata olmaq xəbərinə əsəbiləşdi
Müğənni Murad Bozun ata olacağı haqda xəbərin əsli ortaya çıxıb. Türkiyə mətbuatının məlumatına görə, Muradın sevgilisi, aktrisa Aslı Enverin anası xəstəxanaya aparılıb. Bu səbəbdən də Murad və Aslı xəstəxanaya onu ziyarətə gediblər. İkisini xəstəxanada görən media isə "Aslı hamilə, müayinəyə gəliblər" xəbərini yayıb. Buna inanan aktyor Şahan Gökbahar M.Bozun İnstaqram hesabına "Aslıyla tezliklə yuva qurub atalığın dadını yaşa, qardaşım" yazıb. Yalan xəbərə əsəbiləşəm müğənni Şahan da daxil olmaqla bütün təbrik mesajlarını silərək şərh yazılmasına qadağa qoyub.
Aktyor sevgilisinin ölümündə günahlandırılır
ABŞ-lı aktyor Cim Kerriyə məhkəmə açılıb. Xarici KİV-in məlumatına görə, buna səbəb onun keçən il yüksək dozalı narkotik maddədən ölən sevgilisi Katriona Vayta reseptli dərmanlar alması iddiasıdır.
“iPhone 7” qurğusunun ekranı ən yaxşı adlandırılıb
"DisplayMate" mütəxəssislərinin hesabatına əsasən, "iPhone 7" smartfonunun ekranı bütün mövcud ekranlar arasında ən yaxşı adına layiq görülüb və yalnız smartfonları deyil, həmçinin "4K" təsvir ölçüsünə malik planşet və televizorları üstələyir.
“Twitter” istifadəçi postlarında simvolların hesablanması alqoritmini dəyişdirib
19 sentyabr tarixində "Twitter" mikrobloqlar xidməti istifadəçilərin postunda simvolların hesablanması alqoritmini dəyişdirib.
“HP” şirkətinin printerləri ucuz kartricləri tanımaqdan imtina edib
ABŞ-ın “Hewlett-Packard” (“HP”) şirkətinin bir neçə populyar printer modeli (“HP OfficeJet”, “OfficeJet Pro” və “OfficeJet Pro X”) başqa istehsalçıların ucuz kartriclərini tanımır.
Amsterdamda özü hərəkət edən su taksiləri istifadəyə veriləcək
Meqapolis üçün effektiv həllər institutu Amsterdam ərazisində özü hərəkət edən su nəqliyyatının tətbiqi üzrə beşillik proqram elan edib. “Roboat” adlı proqramın kuratorları qismində Massaçusets Texnologiya İnstitutu və Hollandiyanın iki universiteti çıxış edir.
Qərb Azərbaycanda belə demokratiya istəyir?
Milli Şuranın sentyabrın 11 və 17-də, Müsavat Partiyasının sentyabrın 18-də keçirilən mitinqlərində azsaylı iştirakçılar arasında radikal dindarların, daha doğrusu İslam dini pərdəsi arxasında müəyyən qanunsuz fəaliyyətlərinə görə həbs olunmuş şəxslərin tərəfdarlarının yer alması xüsusi diqqət cəlb edən məqamlardan idi.
Türkan Şoraydan bəd xəbər
"Yeşilçam"-ın əfsanəvi aktrisası Türkan Şoray fanatlarını kədərləndirəcək xəbər verib. Publika.az bildirir ki, Türkiyə Metabolizm Cərrahiyyə Fondunun gecəsinə türk kinosunun sultanı Türkan Şoray da qatılıb. Aktrisa gecədə səhhəti ilə bağlı açıqlama verib. Usta sənətkar kuşinq sindromuna tutulduğunu etiraf edib. O, "Çox nadir görünən bu xəstəlikdən mən də əziyyət çəkirəm".
Ağıllı qadınlar niyə tək qalırlar?
Ağıllı qadınların niyə həmişə tək olduqlarını heç düşündünüzmü? Kişilər hər daim zəkalı, ağıllı qadın seçər və onunla birlikdə olar. Bu az qala hər kişi üçün vacib bir qayda olmuşdur. Amma zaman keçdikcə qadının zəkasının altında əzilər, kiçildikçə kiçilərlər. Bunu həzm edə bilməyən kişi hirslənər, üsyan edər və hətta ağlaya da bilər. Çünki hər kişi özündən üstün bir qadın ilə birlikdə olmağı bacara bilməz.














