Gündəm
Kremlin Suriyada atəşkəsə ümidi yoxdur
Kremlin Suriyadakı atəşkəs rejiminin bərpasına ümidi çox zəifdir. Axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.
Ürək qıcqırmasından necə qurtulaq?
Ürək qıcqırması – həzm sisteminin işinin pozulmasıdır. Özünü bu xoşagəlməz simptomdan necə qurtarmaq olar?
Sağlam yuxu necə olmalıdır?
Sağlam yuxu ilə ömrün müddətini, dərinin cavanlığını və çəkinin qaydasında olmasını nəzarətə almaq olar. Yetərli yuxu bədəndə maddələr mübadiləsinin tənzimlənməsində, əzələlər, qaraciyər və dəridən artıq maddələrin və toksinlərin zərərsizləşdirilməsində birbaşa rol oynayır. Yuxu zamanı həzm sistemi istirahət edir və əsəb sistemində də yuxu halında bir sıra dəyişikliklər olur ki, bu sistemin yenilənməsi və güclənməsi üçün zəruridir. Yuxudan sonra üz dərisi təravətlənir. Ruh halı sakitləşir və insan iki qat enerji ilə öz fəaliyyətlərinə başlaya bilər.
Dindarlar hara, ateistlər hara...
"Milli Şura" adlanan radikal müxalifət qruplaşmasının ötən həftə sonlarında keçirdiyi mitinqlərdə bir daha iç üzü açıldı. Fotoqrafların çəkdiyi şəkillləri dəyərli oxucularımıza təqdim etməklə onlara radikal müxalifətin kimlərə sığındığını, yaxud dini kəsimin kimlərə "biət etdiyinin" şahidi olsunlar. Fotoları təqdim edirik:
Milli Şuranın həftəbecər mitinqi: bir əsr geriyə...
Milli Şuranın son iki mitinqi yalnız biabırçı məqamlarla yadda qaldı. Əslində, mitinqə qoşulanların tələbləri heç də eyni deyildi. Bir tərəfdə radikal dindarlar öz başbilənlərinin azadlığa buraxılmasını tələb edirdilərsə, digər tərəfdə bir qrup demokratiyadan, müasirlikdən dəm vururdu.
Milli Şuranın, yoxsa radikal islamçıların mitinqi?
Milli Şuranın sonuncu mitinqi siyasi aksiyadan çox dini ritualar məkanına bənzəyib desək, heç də fikrimizdə yanılmarıq. Daha çox radikal dindarların cəmləşdiyi aksiyada elə dini şüarlar üstünlük təşkil edib.
Rusiya vətəndaşlarının real gəlirlərindəki azalma tempi 7 illik maksimuma çatıb
Bu ilin avqust ayında Rusiya vətəndaşlarının real gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azalıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da əhalinin real gəlirlərindəki azalma tempi 7 illik maksimuma çatıb.
XİN: Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi BMT Baş Assambleyasının qətnaməsində ifadə olunub
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi BMT Baş Assambleyasının qətnaməsində ifadə olunub. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in Ukrayna Xarici İşlər Nazirliyinin Dövlət Dumasına keçirilmiş seçkilərin Krım və Sevastapolda təşkili ilə əlaqədar bəyanatla çıxışı və bununla əlaqədar Ukrayna tərəfinin digər dövlətlərə müraciəti ilə bağlı sorğusuna cavab olaraq bildirib.
Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Malta Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
Prezident İlham Əliyev Rusiyanın nazirini qəbul edib
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsentyabrın 20-də Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovu qəbul edib.
Gəlin 100 yaşlı qayınanasının boğazını kəsdi
Türkiyədə qətl və intihar hadisəsi qeydə alınıb. "Haberler" xəbər verir ki, Çanaqqalada gəlin qayınanasını öldürüb. O, 100 yaşlı qayınanasının boğazını kəsərək öldürüb, sonra da öz biləklərini doğrayıb. Qan itirən gəlin dünyasını dəyişib.
Hacıqabulda 350 kiloqram heyvan cəmdəyi aşkar edildi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış məlumat əsasında birgə reyd keçirilib.
Amerikalı aktyor 9-cu dəfə ata olacaq - 60 yaşında...
Amerika BirləAmerika Birləşmiş Ştatlarının (ABŞ) dünyaca məşhur aktyoru Mel Gibson 60 yaşında 9-cu dəfə ata olmağa hazırlaşır.şmiş Ştatlarının (ABŞ) dünyaca məşhur aktyoru Mel Gibson 60 yaşında 9-cu dəfə ata olmağa hazırlaşır.
Türkiyə Səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub
Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. Görüş Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.
Şəmkirdə soyğunçu axtarılır
Sentyabrın 19-da Şəmkir şəhərində 2 naməlum şəxs şəhər sakini Təbriz Tağıyevə zor tətbiq edərək 300 manat pulunu, mobil telefonunu və qızıl üzüyünü almışdır. DİN-dən verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Bəxtiyar Cəlilov tutulmuş, digər şəxs isə müəyyən edilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 19-na keçən gecə şəhər ərazisində Gədəbəy rayon sakini Samir Hüseynova zor tətbiq edərək pulunu və mobil telefonunu almaları da müəyyən edilmişdir. RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.













