Gündəm
Ağcabədi sakinidən 18 kq marixuana götürülüb
Ağcabədi sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Pərioğullar kənd sakini İlqar Xankişiyevin həyətinə baxış keçiriblər. Baxış zamanı oradan 18 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.
Oğrular “iş başında” yaxalandılar
Sentyabrın 19-da paytaxtın Nizami rayonu ərazisində yerləşən mağazalardan birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. DİN-dən verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları oranın ön vitrin şüşəsini sındırımış paytaxt sakinləri Arif Verdiyevi, Emin Zahirovu və Gəncə şəhər sakini Bahadur Əhmədovu oğurluqda şübhəli şəxs qismində saxlayaraq 25-ci PB-yə təhvil vermişlər.
Qərbin Azərbaycan üçün hazırladığı "Əhməd Çələbi"
Sentyabrın 17-də özünü Milli Şura adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Avropa Parlamentinin bir il əvvəlki qətnaməsini çox düşməncəsinə, səhv informasiya və qərəzə əsaslanan addım kimi qəbul edirik
Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnaməni çox düşməncəsinə, səhv informasiya və qərəzə əsaslanan addım kimi qəbul edirik. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
Türkiyə SQ-nin Suriya və İraqda səlahiyyət müddəti uzana bilər
Türkiyə parlamenti Suriya və İraqda Silhalı Qüvvələrin səlahiyyət müddətinin uzadılması barədə qərar layihəsinə baxacaq.
Prezident İlham Əliyev: Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti ilə bağlı hər hansı bir reaksiya verməyib
Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.
Əli İnsanov barəsindəki cinayət işinin protokolları ilə tanış olub
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov 1 saylı Bakı İstintaq Təcridxanasında barəsində başlanmış cinayət işi üzrə protokollarla tanış olub. Bu barədə Trend-ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
“Onları danışıqlar masasına qayıtmağa çağırırıq”
"Fələstin məsələsinin həlli bizim üçün çox vacibdir". Bu sözləri İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Naxşon deyib.
“Döyülən məktəblinin beyni silkələnib” - Baş həkimin müavini
Xəbər verdiyimiz kimi, Qaradağ rayonunda yerləşən 127 saylı orta məktəbdə iki şagird arasında dava düşüb. Nəticədə şagirdlərdən biri – Muradov Mustafa 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan şagirdin kəllə-beyin travması aldığı bildirilsə də, məktəbin direktoru Mərhəmət Məmmədov AzNews.az-a açıqlamasında onun sadəcə gözünün altından yaralandığı deyib.
Zığdakı sürüşmənin səbəbi nədir?
“Zığda sürüşmə prosesinin aktivləşməsi sırf atmosfer yağıntılarının təsiri ilə əlaqəli deyil, sürüşmənin aktivləşməsinə səbəb tektonik amillərdir. Çünki Zığdan tektonik qırılma zonası keçir. Bu proses dayanmayacaq, əksinə davam edəcək”.
Heç Elza Seyidcahan qədər də ola bilmədi...
Milli Şura sentyabrın 11-i və 17-də Konstitusiyaya dəyişikliklərə etiraz adı ilə iki etiraz aksiyası keçirib, üçüncüsündən - sentyabrın 24-də keçiriləcək mitinqdən imtina etdi. Mən bu mitinqin məqsədi, kimlər tərəfindən planlaşdırıldığı, onu keçirənlərin sosial bazası, tərəfdarı və elektoratı barədə danışmaq niyyətində deyiləm. Zatən azca dərindən düşünə bilənlər üçün hər şey göz önündədir.
"Bir-birini həzm edə bilməyən müxalifət liderlərinin birlikdə olması qeyri-mümkündür"
Müsavat Partiyasının Milli Şuranın keçirmək istədiyi mitinqə qoşulacaqları barədə bəyanatı yenidən AXCP ilə Müsavat üzvləri arasında mübahisələrə və qarşılıqlı ittihamlara yol açıb.
Azərbaycanda 22 minə yaxın alkoqolizm xəstəsi var
Azəbaycanda 21 777 nəfər alkoqolizm və alkol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatdadır. Bu da əhalinin hər 100 000 nəfərinə 227,2 xəstə edir.
Akif Çovdarov aclığı dayandırdı - PROKURORLUQLA SÖVDƏLƏŞMƏ
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ötən aydan bəri davam edən aclıq aksiyasını dayandırıb.
Nazirin açıqlamalarından sonra qiymətlər düşür
Neft bazarında cari tələbə uyğunlaşmaq üçün neft hasilatı 10% azaldılmalıdır. Report xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pinoaçıqlama verib.














