Heç Elza Seyidcahan qədər də ola bilmədi...

Milli Şura sentyabrın 11-i və 17-də Konstitusiyaya dəyişikliklərə etiraz adı ilə iki etiraz aksiyası keçirib, üçüncüsündən - sentyabrın 24-də keçiriləcək mitinqdən imtina etdi. Mən bu mitinqin məqsədi, kimlər tərəfindən planlaşdırıldığı, onu keçirənlərin sosial bazası, tərəfdarı və elektoratı barədə danışmaq niyyətində deyiləm. Zatən azca dərindən düşünə bilənlər üçün hər şey göz önündədir.

Milli Şura sentyabrın 11-i və 17-də Konstitusiyaya dəyişikliklərə etiraz adı ilə iki etiraz aksiyası keçirib, üçüncüsündən - sentyabrın 24-də keçiriləcək mitinqdən imtina etdi. Mən bu mitinqin məqsədi, kimlər tərəfindən planlaşdırıldığı, onu keçirənlərin sosial bazası, tərəfdarı və elektoratı barədə danışmaq niyyətində deyiləm. Zatən azca dərindən düşünə bilənlər üçün hər şey göz önündədir.

Mən rəhbəri professor Cəmil Həsənli olan Milli Şuranı faktiki "özəlləşdirmiş" AXCP sədri Əli Kərimli barəsində bəzi fikirlərimi çatdırmaq istəyirəm.

Türkiyədə məlum 15 iyul - dövlət çevrilişinə cəhd hadisələrindən və bu işdə ABŞ-da sığınacaq tapmış və başında Fətullah Gülənin durduğu "FETÖ"nün (Fethullahçı Teror Örgütü) əli olması üzə çıxdıqdan sonra mediada nurçu-fətullahçı cameənin Azərbaycandakı dayaqları barədə iddialar geniş yer almağa başladı.

Bəs bu iddialar nə dərəcədə əsaslıdır?

Artıq çoxları bu qənətdədir ki, "Gülənçi-nurçu" dini-siyasi cərəyanı ABŞ siyasətində gizli planların tərkib hissəsidir. Dəqiq işlənmiş təlimata görə bu cərəyanın ardıcıllarının təşkil etdiyi şəbəkə heç vaxt birtərəfli qaydada fəaliyyət göstərmir. Onlar müxtəlif ölkələrdə həmişə həm müxalifət, həm də iqtidarla işbirliyi qurmağa çalışıblar. Faktlar göstərir ki, təəssüf ki, Azərbaycan da bu xəstəlik virusundan tam qoruna bilməyib. Belə ki, bu şəbəkə həm iqtidarda, həm müxalifətdə tor qura, öz müridlərini yerləşdirə, müxtəlif vasitələrlə tərəfdalarını toplaya bilib. Amma onlar Azərbaycana necə ayaq açdılar? Cavab sadədir: təhsil yolu ilə.

Müstəqilliyini 1991-ci ildə yeni bərpa edən Azərbaycan çətin günlərini yaşayırdı. Vəziyyətin heç də yaxşı olmadığı və türkçülüyün tüğyan etdiyi cəmiyyətdə Türkiyədən uzadılan istənilən yardım əli böyük alqış və təmtəraqla qarşılanırdı. Məhz o dönəmdə Azərbaycanda nurçuların "Çağ" məktəblərinin təməli qoyuldu. Bəz buna ilk dəfə rəsmi şəkildə icazə verən kim idi? Cavab: Dövlət katibi Əli Kərimli.

"Nurçu-Gülənçi" şəbəkəsinin Azərbaycanda ən çox təşkilatlandığı dövr də AXC-Müsavat hakimiyyəti zamanına təsadüf edir. Hərçənd, təhsil naziri Firudin Cəlilov bu addıma qarşı idi. Amma müxtəlif nüfuzlu şəxslərin, o cümlədən Turqut Özal və Süleyman Dəmirəl kimi dövlət adamlarının zaminlikləri ilə, nəhayət ki, Azərbaycanda istədiklərinə nail oldular və maddi şirnikləndirmələrdən də istifadə etməklə buradakı dayaqlarını gücləndirdilər.

Təsadüfi deyil ki, 2014-cü ildə "Çağ" liseylərinin məktəblərinin bağlanması məsələsi ortaya çıxanda ABŞ-dan Rəsul Quliyev, buradan isə Əli Kərimli və onların tərəfdarları buna qarşı çıxdılar.

Azərbaycanın artıq 23 ildir müxalifət həyatı yaşayan keçmiş iqtidarının bəzi nümayəndələrinin "Hizmət" hərəkatı ilə əlaqələrinin indi də sıx şəkildə davam etdiyini söyləmək olar. FETÖ-nün Türkiyədən sonra Azərbaycanda məhz radikal müxalifət qüvvələrinin köməyi ilə vəziyyəti süni şəkildə gərginləşdirmək, idarəolunmaz hala gətirməyi planlaşdırdığı və bu məsələdə AXCP sədri Əli Kərimliyə "stavka" edildiyinə dair məlumatların dolaşmasına da dırnaqarası baxmaq olmaz. Artıq məlumatlar var ki, FETÖ iyulun 15-də Türkiyədə çevriliş edə bilsəydi, daha sonra eyni aqibət Azərbaycanı gözləyəcəkdi. Çünki Azərbaycan FETÖ üçün Rusiya və Orta Asiyaya körpü rolunu oynayır. Yəni beləcə "domino effekti"nin təsiri davam edəcəkdi...

Keçək digər məsələyə. Müxalifətin son mitinqlərində cəbhə xəttində aprel ayında baş verən hərbi əməliyyatlara da toxunulub və bu "strateq"lər onun əhəmiyyətini azaltamağa çalışıblar. Sözüm bunda deyil. Bu, tamam başqa söhbətin mövzusudur. Sadəcə, bu məsələ bir şeyə diqqət etməyi məcbur etdi. Kimsə bu vaxta kimi Əli Kərimlinin cəbhə bölgəsində olmasını görüb və ya bunu eşidib, ya da haradansa oxuyubmu?

İnsaf naminə demək lazımdır ki, Dağlıq Qarabağ bölgəsində silahlı münaqişə başlayandan sonra, xüsusən də onun qızğın dövrü olan 1992-ci ildə indi müxalifətdə, o vaxt hakimiyyətdə olan şəxslərin bir çoxu cəbhə bölgəsində oldu, səngərlərdə əsgərlərlə yan-yana durdu. Hətta daha sonra Vətənə xəyanətdə ittiham olunan Rəhim Qazıyev Şuşada, AMİP-in keçmiş sədri Etibar Məmmədov Laçında, Müsavat başqanı Arif Hacılı Füzuli və Goranboyda hərbçilərimizin arasında olmuşdular. Bəs dövlət katibi Əli Kərimliyə bunu etməyə nə mane olurdu?! Yaxşı, tutalım ki, o dövrdə vaxtı yox idi, ciddi dövlət işləri ilə məşğul idi. Bəs ondan sonra 23 il ərzində AXCP sədrinə bunu etməyə nə və kim mane oldu?! Hətta bəzilərinin bəyənmədiyi, əndrəbadi şeirləri və heyvanlara, əşyalara konsert verməsi ilə seçilən əməkdar artist Elza Seyidcahan belə, dəfələrlə cəbhə bölgəsində olaraq əsgərlərimizin könlünü xoş edib. Amma Əli Kərimli heç Elza Seyidcahan qədər də ola bilmədi...

Hamı bilir ki, Azərbaycanın bir nömrəli problemi Qarabağ məsələsinin həlli, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasıdır. Ölkədə də məmə deyəndən pəpə yeyənə qədər hamı bu işdə öz töhfəsini verməyə, dövlətə, ordumuza maddi-mənəvi dəstək olmağa çalışır. Bəs kimsə Əli Kərimlidən düşmənlə üz-üzə dayanan əsgərlərimizə, hərbçilərimizə belə mənəvi dəstək verən görübmü?

Suala müsbət cavab verənlər "Ginnesin rekordlar kitabı"na düşəcək...

Pünhan Mirzə
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31